Icma.az
close
up
RU
Bakıda əhali sıxlığı: Metro ağır “yük” altında

Bakıda əhali sıxlığı: Metro ağır “yük” altında

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakı metrosunda nasazlıq yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

O bildirib ki, "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb:

"Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib".

Qeyd edək ki, metro ilə bağlı narazılıqlar hər gün daha da artır. Qatarların gecikməsi, qatarlar arasında intervalın çox olması, eyni zamanda sıxlıq hələ də öz müsbət həllini tapmır.

Maraqlıdır, metroda problemlərin həlli istiqamətində köklü dəyişikliklər ola bilər?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, metrodan istifadə etmiş sərnişinlərin sayı 6,1 % artıb:

"Bu rəqəm kiçik görünsə də, qatarların sayı və tutumuna görə yüksək rəqəmdir. Sıxlıq ötən illərə nəzərən daha da artıb. Belə ki, metrodan istifadə sayı 2019-cu ildəki artıma yaxınlaşıb. 

Xüsusilə qarşıdan gələn Yeni il bayramı ilə bağlı axın istiqaməti dəyişir. İnsan resursları stansiyaların bəzilərində sıxlıq olan yerlərdə tədbirlərin görülməsi istiqamətində işlər aparır.

Bildirim ki, xüsusilə "Koroğlu", "20 Yanvar", "Memar Əcəmi" və "İnşaatçılar" stansiyalarında sərnişin sayı daha çoxdur.
 Bu sıxlıqlarla əlaqəli qatarlar normativdən da artıq dayanır".

Bəxtiyar Məmmədov qeyd edib ki, Avropa İnvestisiya Bankı Bakı Metropoliteninin müasirləşməsində dəstək göstərəcək:

"Bununla bağlı Avropa İnvestisiya Bankı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandum imzalanıb. Yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub ki, bu da yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar (20 vaqon) gətirilməsi nəzərdə tutulub.

Eyni zamanda, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması da nəzərdə tutulur".

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri