Icma.az
close
up
RU
Bakıda əmək münasibətlərinə dair konfrans keçirildi FOTO Yeni Çağ Media

Bakıda əmək münasibətlərinə dair konfrans keçirildi FOTO Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən Birliyin qızıl üzvü “Azər Türk Bank”ın dəstəyi ilə “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turqanər, millət vəkilləri, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin müşavirləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və iş adamları iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ŞKTR-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turqanər mövzunun sahibkarlar üçün əhəmiyyətindən danışıb, ölkə başçısının növbəti onillik üçün qarşıya qoyduğu “Rəqabətli insan kapitalı” Milli Prioritetinə çatmaq üçün bu növ tədbirlərin vaxtaşırı təşkil edilməsinin önəmini vurğulayıblar.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında KOBİA-nın təşəbbüsü ilə hazırlanmış və yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunmuş “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı barədə məlumat verərək bizneslərin ESG prinsiplərinə riayət etməsinin biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcəyini qeyd edib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Respublikamızda işçilərin əmək hüquqlarının müdafiəsi, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik və görülmüş işlər, Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması, ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov isə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtib edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə çıxış ediblər.

Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” layihəsi barədə təqdimat edilib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 23 Dekabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri