Icma.az
close
up
RU
Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI

Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün azadlığa buraxılıb.

Lalə İmaşovanın vəkili Altay Mirzəyevin Oxu.Az-a verdiyi məlumata görə, Lalə İmaşova CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəmələrinin 27 mart 2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilibmiş.

Appelyasiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərarı ilə onun cəzası 7 il 20 ay 15 günə endirilib.

Bundan sonra Ali Məhkəmənin 05 mart 2025-ci il tarixli qərarı ilə isə Lalə İmaşovanın üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Lalə İmaşovaya təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin 18.03.2019-cu il təvəllüdlü azyaşlı uşağı, 14 yaşına çatanadək təxirə salınması ilə bağlı müdafiəçisi tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunub.

Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə müdafiə tərəfinin ərizəsi təmin edilərək Lalə İmaşova həbsdən azad olunub.

Qeyd edək ki, əri Ceyhun İmaşov Lalə İmaşovanı 2023-cü ilin yanvarın 20-dən 21-nə keçən gecə birgə yaşadıqları evdə, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, qısqanclıq zəminində döyərək çoxsaylı xəsarətlər yetirib.

Lalə İmaşova özünü müdafiə etmək məqsədilə ona balta ilə vuraraq sağlamlığına ağır zərər yetirib. Ona qarşı cinayət məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, istintaqla müəyyən edilib ki, Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Onu da qeyd edək ki, aparılmış ibtidai istintaq zamanı Lalə İmaşovanın ərinə xəyanət etməsi təsdiq olunmayıb.

Elgün Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri