Bakıda estetik əməliyyat zamanı üçüncü ölüm Prokurorluq araşdırır
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Bu barədə Modern.az-a Baş Prokurprluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Kəpəz” Hospitalında baş verən ölüm faktı ilə bağlı müvafiq olaraq Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turpun dünən “Kəpəz” Hospitalda keçirdiyi plastik əməliyyatdan sonra ölməsi barədə “Qafqazinfo” məlumat yayıb.
Əməliyyatın cərrah Seymur Məmmədov tərəfindən icra olunduğu bildirilir.
Xatırladaq ki, bundan öncə də cərrah Seymur Məmmədovun əməliyyat etdiyi iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da həmin cərrah tərəfindən Yasamal rayonunda yerləşən “Etalon” klinikasında əməliyyat ediləndən sonra ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Avqust 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















