Bakıda ət müəssisəsində şok yoxlama: Görün nələr aşkarlandı?!
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Zabrat qəsəbəsində fəaliyyət göstərən ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb, müəssisənin fəaliyyəti dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, mediada yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X. Əliyev küçəsində yerləşən ət emalı müəssisəsində yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində müvafiq təsdiq olmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin mənşəyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı müəyyən edilib. Həmçinin müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Elektronika məhsulları
Faktla bağlı müəssisənin sahibi, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğlu barəsində inzibati protokol tərtib edilib. Toyuq ətindən götürülən nümunələr laborator müayinələrə göndərilib, məhsulların dövriyyəsi qadağan olunub.
Aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















