Icma.az
close
up
RU
Belə evlər söküləndə kompensasiya verilmir AÇIQLAMA

Belə evlər söküləndə kompensasiya verilmir AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Qanunvericiliklə real həyat arasında bəzi hallarda ciddi uyğunsuzluqlar ortaya çıxır. Xüsusilə mülkiyyət hüquqları ilə bağlı məsələlərdə bu fərq daha qabarıq hiss olunur. Rəsmi sənədlər bir tərəfdə, faktiki yaşayış və istifadə digər tərəfdə qalır. Nəticədə vətəndaşların hüquqi statusu ilə real vəziyyəti arasında ziddiyyət yaranır. Bu isə həm hüquqi müstəvidə, həm də sosial baxımdan müzakirə doğuran məsələlərdən birinə çevrilir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, mövzu haqqında qanunvericiliklə praktikada ciddi fərq var:
"Qanunvericiliyə əsasən, bir əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən əsas sənəd çıxarışdır. Çıxarış olmadan həmin əmlak hüquqi baxımdan mövcud sayılmır. Məsələn, hər hansı torpaq sahəsi sizə məxsus olsa belə, həmin torpaq sahəsində tikilmiş evin sənədi yoxdursa, yəni qeydiyyat vəsiqəsi, şəhadətnamə və ya hazırda qüvvədə olan qanunvericiliyə əsasən çıxarış mövcud deyilsə, bu zaman həmin mülkiyyət hüquqi cəhətdən tanınmır. Fiziki olaraq mövcud olsa da, rəsmi olaraq mövcud sayılmır və özbaşına tikili hesab olunur. Müvafiq icazə olmadan tikilən və çıxarışı olmayan tikililər özbaşına tikili kimi qiymətləndirilir. Belə tikililərin sökülməsi zamanı adətən kompensasiya ödənilmir, çünki onları təsdiq edən hüquqi sənəd yoxdur".
Vəkil deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə əsasən, mülkiyyət anlayışı yalnız çıxarışla məhdudlaşmır, faktiki sahiblik də mülkiyyət hüququ kimi qiymətləndirilə bilər:
"Praktikada da görürük ki, vətəndaşlar uzun müddət ev tikir, həmin evlərdə yaşayır, faktiki sahiblik həyata keçirir və kommunal xərcləri ödəyirlər. Dövlət də bəzi hallarda humanist yanaşma nümayiş etdirərək sosial məsuliyyət çərçivəsində sənədi olmayan evlərə görə vətəndaşlara kompensasiya ödəyir. Praktikada belə hallarda kompensasiya verilsə də, qanunvericilik baxımından bunun hər zaman hüquqi əsasları tam aydın şəkildə təsbit olunmur", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri