Icma.az
close
up
RU
Bakıda evlər və mənzillər ucuzlaşacaq? AÇIQLAMA

Bakıda evlər və mənzillər ucuzlaşacaq? AÇIQLAMA

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda kəskin hava şəraiti ilə əlaqədar yollarda uzun tıxacların olmasının, qaz və istiliyin bir çox ərazilərdə kəsilməsinin gələcəkdə əmlak bazarına mənfi təsir edəcəyi barədə proqnozlar verilir. İddia olunur ki, getdikcə Bakıdan ev alanların sayı azalacaq, mənzillərin qiyməti sürətlə aşağı düşəcək.

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov isə Pravda.az-a açıqlamasında deyib ki, hava şəraitinin kəskin dəyişməsi, Bakıda və ətraf ərazilərdə həyatın iflic vəziyyətinə düşməsi əmlak bazarına heç bir təsir edə bilməz:

“Dünyanın bir çox inkişaf etmiş ölkələrində, məsələn, Avropada, hegemon güc olan Amerikada da bu kimi hallar qeydə alınır, kəskin hava şəraiti həyatı bir anda iflic vəziyyətinə sala bilir. Bunu əmlak bazarı ilə əlaqələndirmək olmaz, çünki müvəqqəti hal kimi qeydə alınır. Hava şəraiti o ölkələrin əmlak bazarına təsir edə bilər ki, həmin bazarda tələb və təklif eyni olsun, yaxud təklif tələbdən yuxarı olsun. Azərbaycanda isə əksinədir. Tələb təklifi bir neçə dəfə üstələyir. İnanmıram ki, yaxın 3-5 il ərzində evlərin qiyməti ucuzlaşa. Binaların tikilməsi üçün sərəncamların verilməsindən sonra, bəlkə də, bu haqda düşünmək olar. Bu isə qiymətlərin enməsinə yox, stabilləşməsinə gətirib çıxara bilər. Azərbaycana qar o qədər güclü yağmayıb. Halbuki sadaladığımız ölkələrdə nəinki yollar, hətta kommunikasiya xətləri belə aylarla iflic olur. Düzdür, Bakıda qəfil yağan qar bir çox fəsadlar törətdi - istiliyin verilməsində fasilələr yarandı, sular dondu, avtomobil yolları iflic oldu... Lakin müvəqqəti hal idi. Nəzərə alsaq ki, Nazirlər Kabinetinin fərmanına uyğun olaraq, 300-ə yaxın binanın sökülmsəi gündəmdədir. O deməkdir ki, sökülən mənzillərdən çıxan sakinlər yenidən əmlak bazarına üz tutacaqlar. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək. Mənzillərin və kirayə evlərin qiyməti bahalaşacaq. Digər tərəfdən ipoteka şərtlərinin asanlaşdırılması, daha əlçatan olması, cənab Prezidentin İpoteka Fonduna əlavə vəsait ayrılması ilə bağlı fərmanı öz növbəsində daha çox alıcının ipoteka ilə ev almasına səbəb olacaq. Hazırkı bazarda əmlakın, təxminən, 50-55%-i daha çox ipoteka ilə mənzil alanların payına düşür. 2024-cü ildə ipotekaya yararlı mənzillərin qiymətində 18%-ə qədər artım oldu. 2025-ci ilin ilk ayları olmasına baxmayaraq, yenə də qiymət artımı davam edir. Əsasən də 1970-ci ildən sonra, eləcə də Azərbaycan suverenlik əldə edəndən sonra tikilmiş, çıxarışı olan yeni binalarda, ipoteka predmetinə yararlı mənzillərin qiymətində daha çox artım müşahidə olunur. Əsas qiymət artımı şəhərin mərkəzində - Nərimanov, 28 May, Nizami, Elmlər Akademiyası metrostansiyaları ətrafındadır. “Əhmədli” “Günəşli”, “Qara Qarayev”, “Neftçilər” tərəflərdə əvvəl şəhərlə müqayisədə qiymətlər, təxminən, 30% aşağı idi. İndi isə qiymətlərin qalxması səbəbindən müştərilər şəhərin mərkəzinə yox, məhz həmin ərazilərə üz tuturlar. Bu səbəbdən “Əhmədli”, “Günəşli”, “Qara Qarayev”, “Neftçilər” tərəflərdə də ipotekaya yararlı mənzillərin qiymətində artım müşahidə olunur”.

Ekspert bildirib ki, təkcə Bakıda yox, bütün rayonlarda, eləcə də Türkiyə, qonşu İran və başqa ölkələrdə də eyni hava şəraiti hökm sürür: “Bunu əmlak bazarı ilə müqayisələndirmək, qiymətlərin getdikcə ucuzlaşacağını demək müzakirə mövzusu deyil. Bazar bununla tənzimlənsə, onda gərək Azərbaycanda mənzillərin qiyməti ucuzlaşa. Bu gün Azərbaycanda daşınmaz əmlaka daha çox pul yatırılır. Sahibkarların bu sahədən əldə edilən gəlirə xüsusi maraqları var. Bu gün aldığın mənzili 3-4 ay sonra satsan, yüksək gəlir əldə edə bilirsən. Azərbaycanda əmlak bazarı olduqca sınanmış və sərfəli bazardır. Burada pul itirilməsindən də söhbət gedə bilməz. Əlavə olaraq bildirim ki, paytaxt Bakı və ətraf qəsəbələrdə 2025-ci ildə, təxminən, 16-20%-dək qiymət artımı proqnozlaşdırıram, daha çox artım ipotekaya yararlı və ipoteka pridmeti, çıxarışı olan mənzildə qeydə alınacaq”.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see132

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see126

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see121

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see120

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see119

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see116

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see115

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see114

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see113

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see113

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see112

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see112

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see111

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see111

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see110

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see110

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri