Icma.az
close
up
RU
Bakıda falçı 2 nəfərdən 74 min manatı necə alıb?

Bakıda falçı 2 nəfərdən 74 min manatı necə alıb?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.

“Qafqazinfo” “Musavat.com”a istinadan xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.

İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.

Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.

Baş verənləri belə danışıb:

“Nigarla məni Fuad adlı taksi şoferi tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxcıların yanında olmuşam.

Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm”.

Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:

“Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, “kəfəndən dönmə” ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500- 600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni “düyünlər” çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da ceyran göbəyi alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə “yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm” deyirdi”.
Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.

Onun ifadəsində diqqət çəkən məqamlar bunlardır:

“Nərgizi tanışım Nigar vasitəsi ilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək elədi. Nigarla bundan sonra daha yaxın olduq.

Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul verdim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.

Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.

Mənə tozşəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.

Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.

5500 manat pul alaraq “ceyran göbəyi” deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi”.

Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.

Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyun 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri