Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? Sürücülər qaydadan narazıdır
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir neçə gündür ki, taksi sürücülərinə fəaliyyətlərinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında icazə veriləcəyi ilə bağlı bildirişlər gəlir.
Yəni zonalar üzrə buraxılışlarda Bakıda işləmək üçün qeydiyyatdan keçənlər Sumqayıtda çalışa bilməzlər və yaxud əksinə. Sürücülər qazanclarına təsir göstərdiyi üçün bu qaydadan narazıdırlar.
Onlar Azərbaycan Televiziyasına (AzTV) bildirirlər ki, bu qərar düzgün deyil, çünki bir ərazidən digər yerə sərnişin aparan taksi oradan da dolu qayıtmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə diqqətə çatdırılıb ki, bu qaydaya əməl etməyənlər 50 manat cərimələnəcəklər.
Baxış sayı:47
Bu xəbər 30 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















