“İranla hərbi gərginlik ərzaq və inşaat materiallarının qiymətini artıracaq” İQTİSADÇI
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Əgər İranda hərbi əməliyyatlar genişlənərsə, təchizat zəncirində ləngimələr yaranacaq, gəmilər Fars körfəzinə daxil olmaqdan boyun qaçıracaq, çünki batma riski artacaq”.
Bu fikirləriGununsesi.info-açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib:
“Sığorta qiymətləri kəskin yüksələcək və bu, ərzaq qiymətlərinə təsir edəcək. Hansı ölkələr İrandan daha çox ərzaq idxal edirsə, onların ərzaq bazarında qiymət artımı müşahidə olunacaq.
Azərbaycan-İran ticarətinə baxanda, ölkəmizin İrandan 250–300 milyon dollar dəyərində idxalatı var. Bu idxalatın əsas hissəsi ərzaq məhsulları və inşaat materiallarından ibarətdir. Eskalasiyanın genişlənməsi bu məhsulların qiymətinin artmasına səbəb olacaq. Şimal-Cənub dəhlizində də müəyyən problemlər yarana bilər.
Hərbi eskalasiya genişlənərsə, ABŞ-İran banklarına sanksiyalar güclənəcək, pul köçürmələri çətinləşəcək və maliyyə əməliyyatlarının xərcləri artacaq. Bu, idxal olunan məhsulların qiymətinə təsir göstərəcəkdir. Orta dəhlizin əhəmiyyəti isə artacaq”.
İqtisadçı qeyd edib ki, Azərbaycan üçün neft və qaz gəlirləri artdığı halda, İrandan idxal etdiyimiz ərzaq və inşaat materiallarının qiymətində də artım müşahidə oluna bilər.
Onun fikrincə, qlobal iqtisadiyyata isə mənfi təsirləri olacaq.
“Neft və qaz qiymətlərinin artması enerji idxal edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu ölkələrdə investorlar səhm bazarında səhmlərini satacaq, bazarda kəskin azalma baş verəcək. Daha təhlükəsiz aktivlər üstünlük qazanacaq, qızılın qiyməti artacaq və ABŞ dövlət istiqrazlarına yatırımlar artacaq. Bu isə qlobal məhsul dövriyyəsində azalmanı gətirəcək.
Avropa və Asiya bazarlarında inflyasiya istehsal həcmini azalda bilər və müdaxilə məhsulunun artım dinamikasını 0,7–1,5% səviyyəsində mənfi istiqamətə yönəldəcək. Bu səbəbdən dünya qlobal ödənişlərində artım müşahidə olunacaq.
Genişmiqyaslı ABŞ-İran hərbi eskalasiyası qlobal iqtisadiyyata mənfi təsir göstərəcək. Bu təsirlər xüsusilə Hörmüz boğazının bağlanması şəraitində daha aydın olacaq”.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda başlayan kütləvi etirazlara milli valyuta – İran rialının kəskin ucuzlaşması səbəb olub. Narazılıqlara cavab olaraq İran hakimiyyəti nəzarət tədbirlərini sərtləşdirib, etirazçılara qarşı gözyaşardıcı qaz və travmatik silahlardan istifadə edib. Tehran baş verən iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















