Icma.az
close
up
RU
Yayda avtoqəzaların artmasının səbəbi nədir? Ekspert rəyi

Yayda avtoqəzaların artmasının səbəbi nədir? Ekspert rəyi

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Son günlərdə müşahidə olunan avtonəqliyyat qəzalarının sayındakı artım cəmiyyətdə narahatlıq doğurur. Əsas narahatlıq yaradan sual odur ki, belə qəzaların isti havalarla əlaqəsi varmı? 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, yay aylarında qəzaların sayını artması yollarda hərəkət intensivliyinin artması ilə bağlıdır. 

O qeyd etdi ki, yay aylarında istirahət mövsümünün başlanması ilə əlaqədar hərəkətlilik artır və bu da qəza risklərini yüksəldir:


“Bu, isti hava ilə birbaşa bağlı deyil. Əlbəttə, yay fəslində insanlar istirahətə çıxır, səfərlər artır. Bu isə hərəkətliliyin artması deməkdir. Harada hərəkətlilik varsa, orada risk, təhlükə də qaçılmazdır. Amma burada əsas məsuliyyət daşıyan məhz vətəndaş, sürücü və piyadadır. Hər biri öz hərəkətinə və davranışına diqqət etməlidir”.


Ekspert hesab edir ki, bəzi sürücülərin və şəxslərin məsuliyyətsiz və düşüncəsiz davranışları qəza riskini daha da artırır:


“Bəzən insanlar düşünür ki, qaydalar pozulmaq üçün yazılıb. Amma bu, ölümə səbəb ola biləcək bir məsələdir. Tək bir səhv hər şeyi məhv edə bilər. Ona görə də ən düzgün yol – qaydalara əməl etməkdir. Sürücülər anlamalıdırlar ki, bu qaydalar onların təhlükəsizliyi üçündür, heç kimin şəxsi marağı üçün deyil”.


Mütəxəssis əlavə edib ki, dövlətin tətbiq etdiyi qaydaların əsas məqsədi insanların həyatını qorumaqdır. Yol hərəkəti qaydalarına əməl olunması, avtomobillər saz vəziyyətdə saxlanılması, yolların vaxtında təmiri və işıqlandırma sistemlərinin düzgün işləməsi qəza riskini azalda bilər.


O həmçinin vurğulayıb ki, yol qəzalarında təkcə sürücülər və piyadalar deyil, bəzən yol şəraiti və aidiyyəti qurumların səhlənkarlığı da rol oynayır:


“Bütün qəzalarda sürücüləri və piyadaları günahlandırmaq düzgün deyil. Yol şəraitinə cavabdeh olan şəxslər və qurumlar da məsuliyyət daşıyırlar. Onların da qanunla müəyyən olunmuş vəzifələri var və bu vəzifələri yerinə yetirmədikləri halda, qanunla məsuliyyət daşımalıdırlar”.


E.Muradlı sonda bildirib ki, nəzarət mexanizmləri gücləndirilməli, heç kim qanundan və məsuliyyətdən kənarda qalmamalıdır:


“Təəssüf ki, bəzən kimlərsə özlərini qanundan üstün hesab edir və məsuliyyətdən yayınırlar. Bu isə qəzalara və itkilərə səbəb olur. İnsanlar həyatlarına dəyər verməli, dövlət qurumları isə üzərlərinə düşən məsuliyyəti unutmamalıdırlar”.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:303
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri