Bakıda yaşamaq çətindir, yoxsa rayonda? İqtisadçı AÇIQLADI
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bəzi insanlar Bakıda yaşamağı, bəziləri isə rayonlarda yaşamağı daha sərfəli hesab edir. Paytaxtda iş və gəlir imkanlarının daha çox olduğunu düşünərək Bakıya üz tutanlar olduğu kimi, yüksək yaşayış xərclərinə görə rayonlarda yaşamağın daha əlverişli olduğunu bildirənlər də var. Eyni zamanda, bəzi şəxslər rayonlarda iş imkanlarının məhdud olduğunu düşünərək Bakıda yaşamağa üstünlük verirlər.
İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, məsələyə gəlir və xərc baxımından baxmaq lazımdır:
"Bakıda xərclər çoxdur. Nəqliyyat, kirayə, ərzaq qiymətləri nisbətən daha yüksəkdir. Amma Bakıda iş imkanları və daha yüksək əməkhaqqı imkanları da var. Məsələyə təkcə xərc baxımından deyil, gəlir və xərc baxımından baxmaq lazımdır. Məsələn, Vyanada xərclər Bakıdan 3 dəfə çoxdur, lakin əməkhaqqı da yüksəkdir”.
O qeyd edib ki, Bakıda işləyib rayonda yaşamaq mümkün olsa, daha yaxşı olar:
"Bakıda işləyib rayonda yaşamaq mümkün olsa, daha yaxşı olar. Məsələn, gələcəkdə çevik və distant işlər çox olsa, daha müsbət olar. Bakıda qazanıb Vyanada yaşamaq çətindir, Bakıda qazanıb daha ucuz yerdə yaşamaq isə daha sərfəlidir. Bakıda əməkhaqqı yüksək, xərclər çoxdur, rayonda isə həm əməkhaqqı, həm də xərclər aşağıdır”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Avqust 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















