Bakıda həbsxanada fırıldaq: Məhbus yoldaşının pullarını ələ keçirdi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhəri Xəzər rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan 1983-cü il təvəllüdlü Elvin H-nin cəza müddəti artırılıb.
Publika.az-ın məlumatına görə, 2022-ci ildə dələduzluq əməlinə görə 7 il 6 ay müddətinə həbsə məhkum edilmiş şəxsin cəza müddəti 6 ay artırılaraq 8 il edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.
Məlum olub ki, əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış Elvin həbsdə onunla bir yerdə saxlanılan Sahib adlı şəxsin əfv üçün müraciət etdiyini öyrənib. O, Sahibi inandırıb ki, həbsdən çıxmasına kömək edəcək. Bu adla Elvin məhbus yoldaşından 6 min manat pul alıb. Pul Sahibin yaxınları tərəfindən Elvinin dediyi kartlara göndərilib.
Lakin sonradan Elvinin yalanının üstü açılıb və onun barəsində dələduzluq əməlinə görə yeni cinayət işi açılıb.
Baxış sayı:114
Bu xəbər 21 Noyabr 2024 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















