Bakıda həbsxanada fırıldaq: məhbus yoldaşının pullarını görün necə ələ keçirdi
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhər Xəzər rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan 1983-cü il təvəllüdlü Elvin H-nin cəza müddəti artırılıb.
Hurriyyet.az xəbər verir ki, 2022-ci ildə dələduzluq əməlinə görə 7 il 6 ay müddətinə həbsə məhkum edilmiş şəxsin cəza müddəti 6 ay artırılaraq 8 il edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.
Məlum olub ki, əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış Elvin həbsdə onunla bir yerdə saxlanılan Sahib adlı şəxsin əfv üçün müraciət etdiyini öyrənib. O, Sahibi inandırıb ki, həbsdən çıxmasına kömək edəcək. Bu adla Elvin məhbus yoldaşından 6 min manat pul alıb. Pul Sahibin yaxınları tərəfindən Elvinin dediyi kartlara göndərilib.
Lakin sonradan Elvinin yalanının üstü açılıb və onun barəsində dələduzluq əməlinə görə yeni cinayət işi açılıb.
Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 20 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















