Icma.az
close
up
RU
Bakıda hərəkət dəyişir Yeni magistral və tramvay xətti planı

Bakıda hərəkət dəyişir Yeni magistral və tramvay xətti planı

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində paytaxtın yol-nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan qaldırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam edir.

Milli.Az xəbər verir ki, məlum olduğu kimi, sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.

Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.

Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi-"20 Yanvar"-Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq.

Hazırda Azadlıq prospekti-Binəqədi şosesi istiqamətindən Binəqədi-Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.

Sumqayıt-Xırdalan istiqamətindən metronun "Nəriman Nərimanov" stansiyasına hərəkət edən sərnişinlər, "20 Yanvar" dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti yolundan istifadə edərək "20 Yanvar" dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.

Layihə barədə ətraflı videoçarx təqdim olunur:

https://www.youtube.com/watch?v=rgIZN_nfj4k 

Aysel
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri