Bakıda tramvay xətti bu qədər yük götürəcək
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keçən il açıqlama var idi ki, hər gün Bakıya 300 min avtomobil daxil olur. Onların 100 mini Xırdalan və Sumqayıtdan gəlir, 200 mini isə ətraf qəsəbələrdən.
Bu sözləri urbanist, şəhərsalma və nəqliyyat üzrə ekspert Anar Əliyev Axar.az-a açıqlamasında Bakıda avtomobil yollarının yüklənməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, nəqliyyat problemini həll etmək üçün ilk növbədə ictimai nəqliyyatın həm əlçatanlığını, həm də daşıma qabiliyyətini artırmaq lazımdır.
O xatırladb ki, bu gün Bakıda yalnız iki növ şəhərdaxili ictimai nəqliyyat var: avtobuslar və metro.
Ekspert baş plana və dövlət proqramına uyğun olaraq, 2030-cu ilə qədər Bakıda tramvay xətlərinin bərpa olunacağını vurğulayıb:
“İlk xətt məhz Mehdiabaddan “28 May” ərazisinə nəzərdə tutulan tramvay xəttidir. Həmin tramvay xətti əlavə olaraq 100 minə yaxın sərnişin daşıya biləcək. Layihələndirmə bitəndən, açıqlamalar veriləndən sonra daha dəqiq rəqəmlər əlimizdə olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Sentyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















