Bakıda hüquq müdafiəçisi itkin düşüb
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini Taisiya Qordeyeva itkin düşüb.
AzPost bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq itib.
Qadın demensiyadan əziyyət çəkir. Çox guman ki, o, Bakı ətrafında məqsədsiz dolaşır.
Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.
Paylaş
Baxış sayı:72
Bu xəbər 07 Mart 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















