Icma.az
close
up
RU
Bakıda I Azərbaycan Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib

Bakıda I Azərbaycan Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

TƏBİB-in, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Respublika Pediatriya Mərkəzinin və “Çocuk Acil Yoğun Bakım Derneği”nin təşkilatçılığı ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a TƏBİB-dən bildirilib. Tədbirdə çıxış edən TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, səhiyyə sahəsinə, xüsusilə uşaqların sağlamlığına olan dövlət dəstəyi hər zaman hiss olunub. A.İsrafilov qeyd edib ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb və mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılması olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 min 315 tibbi xidmət aiddir və onların bir hissəsi yenidoğulmuşlara, eləcə də uşaqlara aid olan tibbi xidmətlərdir: “Milli Peyvənd Təqvimində yer alan peyvəndlər, immunizasiya tədbirləri, uşaqların müalicə və müayinələri üçün göndərişlərin verilməsi icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin uşaqlarda tez-tez rast gəlinən tənəffüs sisteminin, həzm sistemi xəstəliklərinin müalicəsi və anadangəlmə ürək qüsurlarının müalicəsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi kimi əməliyyatlar sığorta hesabına qarşılanır”.

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov son illərdə Azərbaycanda tibbin inkişafı üçün saysız islahatların aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 3 mindən çox tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, hər il xidmət çeşidliliyinin artırılması, tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, kadr islahatlarının aparılması, xaricdə təhsil alan və yüksək təcrübəyə sahib olan mütəxəssislərin işə cəlb edilməsi aparılan islahatların nümunələrindəndir.

“Ankara Universiteti Cebeci Hastanesinin” baş həkimi, konfransın həmsədri Tanıl Kendirli I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransının 3 kursdan, 12 panel və 35 pediatriyanın ən aktual mövzularını əhatə edən təqdimatlardan ibarət olduğunu diqqətə çatdırıb.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. B.Akgün vurğulayıb ki, TİKA tərəfindən nümayəndəliyi açılan ilk ölkələrdən biri Azərbaycandır və 1994-cü ildən etibarən qurum tərəfindən ancaq sağlamlıq istiqamətində 160 layihə icra olunub.

Ankara Universitetinin rektoru professor Nejdet Ünüvar konfransa onlayn olaraq qoşulub. Konfrans iştirakçılarını salamlayan professor tədbirin işinə uğurlar arzulayıb və pediatriya istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzular, tənəffüs sisteminin təcili vəziyyətləri, kardiologiya, nevrologiya, nefrologiya, hematologiya, allerqologiya, travma və digər təcili hallara aid mövzularda panel müzakirələri təşkil olunub.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see132

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see130

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see121

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see120

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see120

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see119

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see119

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see119

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see118

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see118

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see118

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see118

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see117

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see117

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see115

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see115

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see114

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see114

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri