Icma.az
close
up
RU
Türkiyənin Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Təcrübəsi TİKA vasitəsilə Azərbaycana gətirildi

Türkiyənin Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Təcrübəsi TİKA vasitəsilə Azərbaycana gətirildi

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə keçirilən I Azərbaycan-Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olundu.
Azərbaycan Respublikasının Pediatriya Mərkəzi və Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin təşkilatçılığı, Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi, Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və TİKA-nın tərəfdaşlığı ilə 07-09 aprel 2025-ci il tarixlərində Bakı şəhərində baş tutan bu konqres geniş miqyaslı iştirakla keçdi.
Konqresin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Pediatriya Mərkəzinin direktoru, uzman həkim Dr. Azər Əhmədov qeyd etdi ki, son illərdə Azərbaycan pediatriya sahəsində əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, mərkəzə tabe olan xəstəxanalarda yenidoğulmuşlara və uşaqlara göstərilən təcili tibbi müdaxilələrin uğur faizi nəzərəçarpacaq dərəcədə artıb.
Ankara Universiteti Cəbcəbi Xəstəxanasının baş həkimi və Konqresin sədri professor Dr. Tanıl Kendirli isə azərbaycanlı həmkarlarının konqresə və çərçivəsində təşkil olunan kurslara göstərdikləri böyük maraqdan məmnun qaldıqlarını ifadə edərək, tədbirin təşkilinə verdiyi dəstəyə görə TİKA-ya təşəkkürünü bildirdi.
TİKA-nın Azərbaycandakı layihələri barədə danışan TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik bildirdi ki, qurum 1994-cü ildən bəri Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində 1500-dən çox layihə həyata keçirib. O qeyd etdi: “Təkcə səhiyyə sahəsində deyil, hər bir sahədə dost və qardaş iki ölkənin təcrübə və biliklərini paylaşması üçün çalışırıq.”
Ankara Universitetinin rektoru professor Dr. Nəcdət Ünüvar konqresdə onlayn iştirak etdi.
Konqresin açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri professor Dr. Birol Akgün isə dedi:
“TİKA səhiyyə sektorunda Azərbaycanın nüfuzlu qurumları və həkimləri ilə birgə fəaliyyət göstərərək modulyar xəstəxanaların qurulmasından tutmuş tibbi müayinələrə, səhiyyə təhsillərindən təcrübə mübadiləsi proqramlarına, tibbi avadanlıqların təminindən səhiyyə sahəsində keçirilən konfrans, sərgi və konqreslərin dəstəklənməsinə qədər çox geniş bir sahədə işlərini davam etdirir.”
Üç gün davam edən konqresə 300-dən çox həkim, tibb bacısı və səhiyyə işçisi qatıldı. Konqres çərçivəsində səhiyyə işçiləri üçün “Uşaq Təcili Yardımı və Reanimasiya”, “Mexaniki Ventilyasiya”, “Pediatrik Təcili Yardım və Reanimasiya üzrə Tibb Bacısı Hazırlığı” mövzularında kurslar təşkil olundu. Tədbir sonunda iştirakçılara sertifikatlar təqdim edildi.(innews.media)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri