Icma.az
close
up
RU
Bakıda II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi başlayıb.

Bakıda II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi başlayıb.

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu gündən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi” keçirilir.

Forumda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı , Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin birinci müavini Samir Hümbətov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev,   Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov , Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təmsilçisi Ramin Şərifov çıxışlar ediblər.Onlar Azərbaycanda Türk dövlətlərinin təmsilçilərinin iştirakı ilə belə bir forum və sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb, investisiya mühitinin formalaşması üçün vacib amil hesab ediblər. 

Forumun açılışında Azərbaycana qonaq gələn digər qurumların rəsmiləri də çıxış ediblər. Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini vəzifəsini icra edən Şotursunova Nodirə Nosirovna, Türkiyənin  Azərbaycandakı Səfirliyinin Ticarət Baş Müşaviri Murat Yaman, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu  və Türk Ticarət Sərgisi Təşkilatçısı, “ROK Expo” şirkətinin sədri Aygün Əliyeva tədbirlə bağlı fikirlərini bölüşüblər.  

İyun ayının 12-ə qədər üç gün ərzində keçiriləcək Forumda “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında mediyanın gücü” mövzularında panel müzakirələri təşkil olunacaq. 

Forumla birgə təşkil olunan sərgi çərçivəsində 10 ölkədən 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir. Tədbir çərçivəsində ikitərəfli görüşlər keçirilir, şirkətlərin strateji tərəfdaşlıqları qurulur və türk dövlətlərinin ortaq brendlərinin yaradılması ilə bağlı müzakirələr aparılır. 

Beynəlxalq tədbir Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət həcminin artırılması və birgə investisiya layihələrinin reallaşdırılması baxımından mühüm platforma rolunu oynayır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri