Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Bakıda II Türk Ticarət Sərgisi keçiriləcək

Bakıda II Türk Ticarət Sərgisi keçiriləcək

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 10-12-də Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk Türk Ticarət Sərgisi Türkiyə Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyinin əməkdaşlığı, “Rok EXPO” şirkətinin təşkilatçılığıyla 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil edilmişdi.

Türk Ticarət Sərgisi Türk dövlətləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, Türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.

Sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq, ikitərəfli (B2B) və “franchise” görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirələcək və Türk dövlətlərinin ortaq brendləri yaradılacaq.

Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcək.

Tədbirə həsr olunmuş mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışlarında II Türk Ticarət Sərgisi haqqında ətraflı məlumat veriblər.

Türk Ticarət Sərgisi təşkilatçısı və “ROK Expo” şirkətinin təsisçisi Aygün Əliyeva çıxışı zamanı qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında varlığımızı artırmaq üçün bir çox mühüm addımlar atıb: “Biz çoxtərəfli əməkdaşlığımızı xarici siyasət və ticarətdən tutmuş enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər 35 müxtəlif sahəyə genişləndirib. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq Türk dünyasında ümumi inteqrasiya və əməkdaşlığın fundamental və dinamik aspektidir. Bu əməkdaşlıqlardan özəl sektorun, yəni firmaların da yararlanmağı üçün Türk Ticarət Sərgisi layihəsini hazırladım. Bu platforma Türk Dövlətləri Təşkilatına üzv ölkələrimiz arasında işgüzar əlaqələrin gücləndirilməsi üçün əsas platformadır”.

Hər il bir Türk dövlətində təşkil ediləcək Türk Ticarət Sərgisinin keçirilməsində əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər iqtisadi sahələrin tanıdılması, inkişaf etdirilməsi, gücləndirilməsi və iş insanları arasında əməkdaşlığın genişləndirilməsidir.

“İki gün əvvəl Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə prioritet əməkdaşlıq sahələrində həmrəyliyimizi gücləndirən, regional və qlobal hadisələrlə bağlı ortaq mövqeyimizi ortaya qoyan, gələcəyə hesablanmış və əhatəli sənəd olan Budapeşt Bəyannaməsi imzalandı. Sözügedən bəyannamə ticarət, enerji, rəqəmsal transformasiya kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yol xəritəsidir. Türk Dövlətləri Təşkilatının dövlət başçıları qardaşlıq ruhuna sadiq olduqlarını bəyan edərək, Türk dövlətləri arasında birlik və həmrəyliyə xələl gətirəcək istənilən cəhdin qarşısı alınmalı olduğunu vurğulayıblar. Türk dövlətlərinin strateji tərəfdaşlıq, ədəbi dostluq və qardaşlıq müqaviləsinin hazırlanması qərara alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Biz birgə səylərimizlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik. Qardaş ölkələr olaraq tərəfdaşlıq əsasında birliyimizi və inteqrasiyamızı artıraraq daha parlaq gələcəyə birlikdə addımlayacağıq”, - deyə A.Aliyeva qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see268

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see265

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see259

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see244

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see233

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see223

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see223

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see221

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see219

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see217

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see209

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see185

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri