Icma.az
close
up
RU
Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 2-dən 4-dək Bakıda “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək. Tədbir Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

AMEA Folklor İnstitutundan bildirilib ki, konqresin əsas məqsədi başda Azərbaycanın Şuşa şəhəri olmaqla Türk-İslam mədəniyyətinin təşəkkülündə mühüm əhəmiyyət kəsb edən mədəniyyət mərkəzlərinin milli kimliyin formalaşması və mədəni irsin qorunmasındakı roluna diqqət çəkməkdir. Konqresdə Türk dünyasında milli kimliyin formalaşmasında mədəni irsin rolu, maddi və mənəvi mədəni irsin sivilizasiya quruculuğu üçün əhəmiyyəti, mədəni tənəzzülün milli kimliyə təsiri və mədəni irsin qorunması, ictimai elmlərin alt sahələrinin mədəni irs-kimlik əlaqəsinə baxışı kimi mövzuların müzakirəsi və yeni fikirlərin irəli sürülməsi nəzərdə tutulur.

Tədbirin digər məqsədlərindən biri də mövzuya akademik və multidisiplinar aspektdən yanaşılması, bu istiqamətdə aparılan araşdırmaların elmi dövriyyəyə çıxarılması, mədəni irsin funksionallığına əsaslanaraq milli kimliyin formalaşdırılmasındakı əhəmiyyətinin vurğulanması, müxtəlif rakurslardan yeni müzakirələr üçün zəmin hazırlanması və əməkdaşlıq edən ölkələrin (Türkiyə, Azərbaycan, Özbəkistan) akademik qurumları arasındakı elmi əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan dil, ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət və miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və s. kimi sahələrdə müxtəlif mövzuların araşdırılması konqresin əsas hədəflərindəndir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri