Zibil yeşiyi şəhər küçələrində hərəkət edir; qurumlardan reaksiya yoxdur VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Son günlər sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Belə ki, paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, “ASAN Xidmət” mərkəzinin qarşısında zibil konteynerinin güclü küləyin təsiri ilə yerindən çıxaraq yolun hərəkət hissəsinə sürüşməsi qeydə alınıb. Nəticədə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətində çətinliklər yaranıb və təhlükəli vəziyyət formalaşıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı konteynerin sürüşməsi ətrafdakı obyektlərə zərər verməsə də, yol hərəkətində gediş-gəlişin pozulması, sürücülərin qəza riskinin artması və piyadaların təhlükəsiz keçid imkanlarının məhdudlaşması səbəb olub. Küləyin təsiri ilə belə obyektlərin hərəkət etməsi yalnız fiziki təhlükə yaratmır, həm də şəhər mühitində hərəkətin təşkili və ictimai asayiş baxımından problemlər yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, sorğumuza cavab verən olmadı.
Nurcan Babək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















