Bakının bu küçəsindəki vəziyyət vətəndaşları narahat edir: Qurumlardan reaksiya yoxdur VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Binəqədidə sakinlər qurumların nəzarətsizliyindən şikayət edir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonundakı avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolda təmirsizlik səbəbilə çuxurlar yaranıb.
Belə ki, rayonun Vətən müharibəsi zamanı şəhid olan kapitan Tural Zeynalovun adını daşıyan küçəsindəki vəziyyət sakinlərin narazılığı ilə nəticələnib. Ərazidə yaşayan vətəndaşlar yolların həm işıqlandırılmaması, həm də çala-çökək olması səbəbilə küçədə tez-tez qəza şəraiti yarandığını, məktəblilərin dərsə gedib-gəlməkdə çətinlik çəkdiyini deyir.
Yolda yaranan bərbad vəziyyət avtomobillərə də zərər vurur. Sakinlər aiddiyyəti qurumların məsələni tezliklə nəzarətə götürməsini və ərazidəki vəziyyətin düzəldilməsini xahiş edir.
Vətəndaşların ərazidən qeydə aldığı həmin videonu sizə təqdim edirik:
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Yanvar 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















