Körpünün asfalt örtüyü bərbad vəziyyətdədir Qurumlardan reaksiya yoxdur VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Quba-Bakı yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol bərbad vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz halla bağlı sürücülərdən biri sosial şəbəkə hesabında paylaşıb. Belə ki, rayon ərazisindəki körpünün asfalt örtüyü istifadəyə yararsız halda olduğu üçün ərazidən keçən sürücülər qəza şəraitiylə üzləşirlər. Xüsusilə günün qaranlıq saatlarında vəziyyət daha da təhlükəli olur. Son anda qəzadan xilas olduğunu bildirən şikayətçi sürücüləri ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, video sosial şəbəkədə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri yolun illərdir bu vəziyyətdə olduğunu və bu səbəbdən dəfələrlə qəzaların baş verdiyini bildiriblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Yanvar 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















