Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda İndoneziyanın Milli Kreativ İqtisadiyyat Gününə həsr olunmuş "İndoneziya Kulinariya Diplomatiyası Festivalı-2026" keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Milli Kreativ İqtisadiyyat Hərəkatının nümayəndəliyi ("Gekrafs Azerbaijan") ilə birgə təşkil olunub.
Festival İndoneziyanın Bakıdakı səfirliyinin ərazisində keçirilib. Tədbirin məqsədi Azərbaycan ictimaiyyətini İndoneziyanın milli mətbəxi və mədəniyyəti ilə tanış etmək, eləcə də İndoneziya diasporunun kiçik sahibkarlığına dəstək olmaq olub.
Tədbir çərçivəsində ziyarətçilərə ənənəvi İndoneziya yeməkləri təqdim edilib, kulinariya üzrə ustad dərsləri keçirilib və milli mətbəxin tarixi barədə məlumat verilib. Proqrama həmçinin musiqi çıxışları və ənənəvi İndoneziya geyimlərinin nümayişi daxil idi.
İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi mədəni əlaqələrin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Festivalda diplomatik korpusun, İndoneziya diasporunun, yerli sahibkarların və medianın nümayəndələri də daxil olmaqla, 150-yə yaxın şəxs iştirak edib.
Bu mövzuda digər xəbərlər:Bakıda İndoneziya mətbəxi təqdim olunub
17 Oktyabr 2026 12:34
“İndoneziya Kulinariya Diplomatiyası Festivalı 2026” adlı tədbir keçirilib
17 Oktyabr 2026 14:16
Minifutbol 2025: İndoneziya Bakıda qalib gəldi
22 May 2025 15:50
İndoneziya prezidenti və tərcüməçi qızın Bakıda eşq macərası
25 Yanvar 2025 18:12
İndoneziya səfirliyi Bakıda biznes forum təşkil edib
24 Noyabr 2026 15:25
Baxış sayı:154
Bu xəbər 17 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















