Icma.az
close
up
RU
Bakıda iqtidarla müxalifətin “Hilton” danışıqları Nə baş verir?

Bakıda iqtidarla müxalifətin “Hilton” danışıqları Nə baş verir?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Bakıdakı “Hilton” otelində Prezident Administrasiyasının təşkilatçılığı ilə “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 24-nün (Müsavat və AXCP-dən başqa) nümayəndələri, həmçinin politoloqlar, siyasi şərhçilər, KİV təmsilçiləri iştirak ediblər.

Görüşdə iqtidar-müxalifət münasibətlərinə, tərəflər arasında dialoq mövzusuna toxunulub.

Tural Abbaslı

Globalinfo.az-a danışan Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, partiyaların bir araya gəlməsi, müxalifət-iqtidar dialoqu vacibdir:

“Bu tipli müzakirələr, fikir mübadiləsi siyasətin özəyidir. Təəssüf ki, bizdə bu sahədə köklü ənənə olmadığı üçün daim təhqir, ittiham, inkarçılıq siyasəti yürüdülüb. Belə şeylər buna görə bizim cəmiyyətə qəribə gəlir.

Bizdə antoqonist münasibətlər sistemi var. Yəni düşünürlər ki, müxalifətsənsə iqtidarı, iqtidarsansa müxalifəti inkar etməlisən. Halbuki belə deyil. Dialoqun, təmasların olması müsbət haldır”.

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə deyib ki, Azərbaycanın suverenliyinin tam bərpası siyasi münasibətlər sistemində yeni mərhələ açıb:

“İndi qarşımızda duran əsas vəzifə bu yeni dövrə uyğun siyasi dialoqu davam etdirmək, əməkdaşlıq mühitini gücləndirmək və cəmiyyətin müxtəlif siyasi təbəqələri arasında sağlam münasibətlərin qurulmasını təmin etməkdir.

Ölkənin gündəlik həyatında siyasi institutların və partiyaların daha aktiv iştirakı, qanunvericilik sahəsində aparılan islahatlar və demokratik proseslərin dərinləşdirilməsi ölkənin gələcək inkişafı üçün vacibdir. İstərdik ki, milli maraqlara xidmət edən inklüziv siyasi mühitin formalaşdırılması və cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində fəal iştirakına yaradılan şərait daha da artsın.

Bu kimi müzakirələrin davamlı olması və siyasi qüvvələr arasında sağlam dialoqun gücləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək. Bu baxımdan, bugünkü dəyirmi masa mühüm addımlardan biri kimi qiymətləndirilməlidir”.

Turan Rzayev 

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri