ŞOK iddia: “Mossad” Türkiyədə məşhur generalı oğurlayıb öldürdü FOTOLAR KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin kəşfiyyat xidməti “Mossad”ın Türkiyədə İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əsgərini oğurlayaraq öldürdüyü iddia edilir.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri yazıb.
Bildirilir ki, “Mossad” iranlı generalı İsrailin hərbi naviqatoru Ron Aradın itkin düşməsi ilə bağlı oğurlayıb və həftələrlə dindirib, daha sonra isə öldürüb.
Əli Rza Əsgəri
Araşdırma İsrail, İran və ABŞ-dan onlarla rəsmi şəxslə, eləcə də Ron Aradın axtarışında iştirak etmiş insalarla aparılan müsahibələrə əsaslanır. ABŞ-ın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri Əsgərinin gəmidə dindirildiyini, daha sonra isə meyitinin Qara dənizə atıldığını iddia edib.
Əsgərinin həyat yoldaşının sözlərinə görə, o, 2006-cı ilin dekabrında İstanbulda yerləşən hoteldən yoxa çıxıb. Əsgəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin generalı olub, “Hizbullah” rəhbərliyi ilə əlaqələr saxlayıb və Ron Aradın itkin düşməsindən qısa müddət sonra Livana gəlib.
Ron Arad
İsrail uzun illər Əsgərinin yoxa çıxmasında iştirakını təkzib edib. Bununla belə, ABŞ-ın keçmiş rəsmilərindən birinin iddiasına görə, sonrakı danışıqlar zamanı İsrail nümayəndələri amerikalı həmkarlarına Əsgərinin öldüyünü bildiriblər.
Qeyd edək ki, Ron Arad 1986-cı ildə Livan üzərində hərbi əməliyyat zamanı təyyarəsi vurulan İsrail Hərbi Hava Qüvvələrinin pilotu və naviqatorudur. O, katapult etdikdən sonra əsir götürülüb və taleyi uzun illər naməlum qalıb. İsrail kəşfiyyatının 2016-cı il qiymətləndirməsinə görə, Aradın 1988-ci ildə Livanın Nabi Şit bölgəsində öldüyü ehtimal olunur. Lakin onun nəşinin yeri bu günədək müəyyən edilməyib.
2026-cı ilin martında İsrail hərbçiləri onun qalıqlarını tapmaq məqsədilə kənd qəbiristanlığında məzarlardan birini açıblar. Lakin axtarış heç bir nəticə verməyib.
Ron Aradın taleyi İsrail üçün onilliklərdir həssas milli təhlükəsizlik məsələsidir. “Mossad”ın İran rəsmilərini onun haqqında məlumat əldə etmək məqsədilə oğurlaması ilə bağlı iddialar da bu məsələ ilə əlaqələndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Noyabr 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















