Əfsanələrin dueli 11 qolla yadda qaldı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona” və “Ayaks”ın əfsanəvi futbolçuları arasında keçirilən yoldaşlıq görüşü Kataloniya təmsilçisinin 7:4 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, bu gün “Yohan Kroyff Arena”da keçirilən matç əfsanəvi futbolçu və məşqçi Yohan Kroyfun xatirəsinə həsr olunub. O, hər iki klubun tarixində mühüm iz qoyub.
Görüşün ən məhsuldar futbolçuları hərəyə 2 qol vuran Klas-Yan Huntelaar və Xavyer Saviola olublar.
“Ayaks”ın heyətində Rafael van der Vart, Vesli Sneyder, Edvin van der Sar, Klas-Yan Huntelaar, Yari Litmanen və Patrik Klyuyvert kimi futbolçular meydana çıxıblar.
“Barselona”nın heyətində isə Xavyer Saviola, Erik Abidal, Rudd Hesp və Lüdovik Jüli oynayıblar. Qeyd edək ki, Litmanen və Klyuyvert də vaxtilə Kataloniya klubunun formasını geyiniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Noyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















