Icma.az
close
up
RU
Bakıda iranlı və azərbaycanlı qadın Türkiyə vətəndaşı olan sevgili üstündə dava etdilər TƏFƏRRÜAT

Bakıda iranlı və azərbaycanlı qadın Türkiyə vətəndaşı olan sevgili üstündə dava etdilər TƏFƏRRÜAT

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda İran İslam Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Mahnaz xuliqanlıqda ittiham edilib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il martın 19-da baş verib.

Mahnaz həmin gün saat 19:00-da Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin inzibati binasının daxilindəki giriş hissədə Qərənfil (adlar şərti verilib – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb İran vətəndaşı olan qadının polisə şikayət etməsi olub.

O, polisə şikayət edərək münasibətdə olduğu Türkiyə vətəndaşı Sinanla olan avtomobil və ev mübahisəsini öz xeyrinə həll etmək istəyib. Bu zaman Sinan polis şöbəsinə münasibətdə olduğu digər qadınla - Qərənfillə gəlib. İki qadın arasında mübahisə zamanı Mahnaz Qərənfilə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Mahnazın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahnaz ittiham üzrə özünü günahkar bilməyib. Bildirib ki, zərərçəkmişi əvvəllər tanımayıb: “Hadisədən təxminən 5-6 ay əvvəl Nərimanov rayonunda mənzil aldım və orada yaşamağa başladım. Hadisədən iki-üç həftə əvvəl Türkiyəyə gedəndə mənzilin açarını Bakıda yaşayan və Türkiyə vətəndaşı olan tanışım Sinana verdim. Sinan da açarı Qərənfilə verdi və onlar birlikdə mənzildə yaşamağa başladılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin martın 19-da İstanbul şəhərində olan zaman Qərənfilin istifadəsində olan mobil telefonundan ofisdə işlətdiyi mobil nömrəyə özünün tamamilə çılpaq, lakin sifəti görünməyən video görüntülərini göndərib: "Məlum oldu ki, həmin görüntülər Bakı şəhərində olan yaşadığım mənzildən göndərilib. Dərhal Sinana zəng edərək bu barədə ona bildirdim. Sinan isə məni təhqir etdi. Həmin gün dərhal Bakı şəhərinə gəldim.

Mənimlə Sinan arasında avtomobillə əlaqədar mübahisələrimiz olduğu üçün Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim. Bundan sonra 16-cı polis şöbəsinə getdim. Mənim şöbəyə dəvət olunmağımın səbəbi Bakı şəhərində işlətdiyim ofisin həmin polis şöbəsinin yaxınlığında yerləşməsi olub.

Polis şöbəsindən Sinanı da ora dəvət etdilər. O da Qərənfillə şöbəyə gəldi. Qərənfil şöbəyə gələn kimi məni nalayiq sözlərlə təhqir etməyə başladı, atamın ünvanına “qurumsaq" dedi. Qərənfil atama “qurumsaq” deyəndə 36 saat yol gələrək psixoloji vəziyyətim pis olduğundan onun üzərinə getdim, iki əlimlə ağzını bağlamaq istədim. Amma ona xəsarət yetirmədim”.

İş üzrə zərərçəkmiş Qərənfilin sözlərinə görə, 2024-cü ilin martın 19-da Türkiyə vətəndaşı olan tanışı Sinan vasitəsi ilə Leyli kimi tanıdığı, sonradan adının Mahnaz olduğunu bildiyi şəxs 16-cı polis şöbəsinə ərizə ilə müraciət edib: “Şikayətində bildirib ki, guya ona zəng edərək nalayiq ifadələrlə təhqir etmişəm.

Mahnazı Sinan vasitəsi ilə tanımışam. Sinanla isə təxminən 2019-cu ildən Türkiyədə olarkən işlə bağlı tanış olmuşam. Bundan sonra sıx mobil telefon vasitəsi ilə əlaqə saxladıq. Təximən 7 ay sonra Sinan Bakıya gəzməyə gələndə görüşdük”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Sinanla evdə olarkən onun telefonuna baxıb: “Bu zaman Mahnazla SMS yazışmalarını gördüm və nömrəsini telefondan götürdüm. 2024-cü il martın 16-da öz mobil telefonumla Mahnaza zəng etdim və Sinanın mənimlə evli olduğunu bildirdim, bir də onunla görüşməməyini dedim. Mobil telefonda mübahisələrimiz olub.

Mahnazın şikayəti əsasında məni və Sinanı polis şöbəsinə dəvət etdilər. Şöbənin daxilində Mahnaz mənim də ona qarşı etdiyim şikayət səbəbində əsasız hiddətləndi, qəflətən üzərimə hücum edərək hər iki əli ilə yuxardan aşağı üz nahiyəmə, sağ çiynimə zərbə endirdi. Məni onun əlindən Sinan aldı”.

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilib. O, aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətə islah işləri cəzası alıb.

Zərərçəkmiş şəxsin mülki iddiası qismin təmin olunub. Təqsirləndirilən şəxsdən mənəvi zərərə görə 500 manat və 100 manat dövlət rüsumunun tutulması, cəmi 600 manat mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilib.

Hökmdən zərərçəkmiş şəxs və onun vəkili apellyasiya şikayəti veriblər. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməsini, ona ən ağır cəza verilməsini və mülki iddianın tam təmin olunmasını istəyiblər.

Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Həm zərərçəkmiş tərəfin, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri