Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Bakıda IV Uşaq Kitab Festivalına start verilib

Bakıda IV Uşaq Kitab Festivalına start verilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı açılıb. Tədbir aprelin 13-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatçılar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin sponsoru qismində “Expressbank” çıxış edib.

Festivalın açılış mərasimi ANAİB-nin sədri Şəmil Sadiqin salamlama nitqi ilə başlayıb. O, festivalın uşaq kitab nəşri və ümumilikdə kitab nəşrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bu tədbirin 4 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra layihənin direktoru, uşaq yazıçısı Fatimə Alxazlı minnətdarlığını bildirərək festival haqqında ətraflı məlumat verib.

Mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova davam etdirərək belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, festivalın uşaqları mütaliəyə həvəsləndirdiyini, əməkdaşlığın gücləndirilməsinə və Azərbaycanda kitab nəşrinin inkişafına töhfə verdiyini vurğulayıb.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova festivalı əsl bayram adlandıraraq hər kəsi təbrik edib. O, bu tədbirin hər il keçirilməsinin gözəl ənənəyə çevrildiyini, uşaqları mütaliəyə həvəsləndirdiyini vurğulayıb və təşkilatçılara uğurlar arzulayıb.

Sonra Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxış edərək qeyd edib ki, IV Uşaq Kitab Festivalı mədəniyyətə, ədəbiyyata dəyər verən hər kəs üçün sevindirici hadisədir.

“Expressbank”ın nümayəndəsi Raziyə Axundova təmsil etdiyi bank adından salamlama nitqi ilə çıxış edib. O, təşkilatçılara təşəkkürünü bildirib və festivalın keçirilməsində “Expressbank”ın rolundan danışıb, həmçinin belə tədbirlərdə iştirakın vacib olduğunu qeyd edib.

Daha sonra yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli uşaqların təlim-tərbiyəsində, onların mənəvi inkişafında kitabların mühüm rol oynadığını vurğulayıb.

Açılış mərasiminin sonunda Şəmil Sadiq festivala verdiyi dəstəyə görə təşəkkür əlaməti olaraq xatirə mükafatlarını təqdim edib.

Elnarə Akimova AZƏRTAC -ın müxbirinə müsahibəsində mütaliə nəslinin formalaşması üçün festivalların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə tədbirlər uşaqların yazıçıları tanımasına, kitaba marağının artmasına kömək edir. Böyüklər üçün onlar ədəbiyyat və təhsilin müzakirə meydanına çevrilirlər: “Orxan Pamukun dediyi kimi: “Bir gün kitab oxudum və bütün həyatım dəyişdi”. Qoy, festivalda alınan kitablar uşaqlar üçün də eyni təsiri göstərsin”, -deyə agentliyin həmsöhbəti əlavə edib.

Qeyd edək ki, festivalda həm ANAİB üzvləri, həm də digər şirkətlər də daxil olmaqla 30-dan çox nəşriyyat evi iştirak edir. Ziyarətçilərə müxtəlif janrlarda kitablar təklif olunur ki, onların çoxunu 90 faizə qədər endirimlə almaq olar.

Tədbir çərçivəsində kitab təqdimatları, yazıçılarla görüşlər, şeir qiraətləri və uşaqlar üçün əyləncə proqramları nəzərdə tutulub. Ustad dərsləri, müsabiqələr, teatrlaşdırılmış səhnəciklər və interaktiv fəaliyyətlər də təşkil olunur.

Festival üç tematik gündən ibarətdir: aprelin 11-i Milli Geyimlər Günü elan edilib - uşaqlara milli dəyərlərin aşılanması və mədəni irsin qorunması məqsədilə Azərbaycanın milli geyimləri ilə tanışlıq imkanı yaradılır.

Uşaqlara peşələri tanıtmaq, onlarda maraq oyatmaq məqsədi daşıyan Peşələr Günü aprelin 12-də qeyd olunacaq.

Aprelin 13-də uşaqların təxəyyülünün inkişafına və onlarda müsbət keyfiyyətlərin formalaşdırılmasına həsr olunmuş Nağıl Qəhrəmanı Günü olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri