Icma.az
close
up
RU
Bakıda kanat yolu üçün bu ərazilər seçilə bilər

Bakıda kanat yolu üçün bu ərazilər seçilə bilər

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda son illərdə nəqliyyat sıxlığı və şəhərdaxili hərəkətliliyin artırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Bu təkliflərdən biri də Bakıda kanat xəttinin qurulmasıdır. Bəs paytaxtın hansı əraziləri relyef, turist axını və nəqliyyat ehtiyacları baxımından belə bir layihə üçün daha uyğun hesab oluna bilər?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, Bakıda kanat yolunun (kanat xəttinin) yaradılması üçün ilk növbədə relyefi mürəkkəb, hündürlük fərqi olan və turist cəlbediciliyi yüksək ərazilər nəzərdən keçirilə bilər:
"Şəhərin coğrafi xüsusiyyətləri baxımından Bayıl qəsəbəsi ilə Dağüstü park ərazisi, həmçinin Bakı bulvarının bəzi hissələri bu baxımdan diqqət çəkə bilər. Kanat yolu nəqliyyat yükünün azaldılması ilə yanaşı, turizm potensialının artırılmasına da xidmət edir. Əmlak bazarı baxımından belə layihələr ətraf ərazilərdə daşınmaz əmlakın dəyərinə müsbət təsir göstərə bilər. Dünyanın bir çox şəhərlərində müşahidə olunur ki, iri infrastruktur və turizm layihələri yaşayış və kommersiya obyektlərinə marağı artırır. Bakıda da kanat yolunun istifadəyə verilməsi həmin marşrut üzərində yerləşən əmlakların investisiya cəlbediciliyini yüksəldə bilər. Layihənin həyata keçirilməsi zamanı torpaq münasibətləri, tikinti normaları və ekoloji təsirlər diqqətlə qiymətləndirilməlidir. Xüsusilə şəhərin tarixi və landşaft baxımından həssas ərazilərində balanslı yanaşma vacibdir. Kanat yolu yalnız turistik attraksion kimi deyil, alternativ ictimai nəqliyyat elementi kimi də planlaşdırıla bilər".
Ekspert deyib ki, perspektiv istiqamətlərdən biri də Bayraq Meydanı, Dağüstü park və dənizkənarı əraziləri birləşdirən marşrutlar ola bilər:
"Eyni zamanda, Bakı ətrafında turizm potensialı yüksək olan bəzi zonalarla əlaqələndirilən layihələr də nəzərdən keçirilə bilər. Lakin yekun qərar geoloji araşdırmalar, sərnişin axını proqnozları və iqtisadi səmərəlilik hesablamalarından sonra verilməlidir. Ümumilikdə, Bakı kanat yolu üçün müəyyən üstünlüklərə malik şəhərlər sırasındadır və düzgün seçilmiş marşrut həm şəhər sakinlərinə, həm də turistlərə əlavə imkanlar yarada bilər. Bu cür layihələr uzunmüddətli perspektivdə şəhərin turizm və əmlak bazarının inkişafına müsbət töhfə verə bilər", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyun 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see334

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see256

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see247

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see235

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see226

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see225

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see218

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see218

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see217

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see216

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see213

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see204

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see203

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see201

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see195

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see191

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see190

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see189

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see186

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri