Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycanın turizm potensialı VIVANT serialında nümayiş olunur

Azərbaycanın turizm potensialı VIVANT serialında nümayiş olunur

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"VIVANT" serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır.

SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ildə çəkiliş məkanlarının seçilməsi ilə başlayan əməkdaşlıq Azərbaycanın zəngin turizm potensialının, mədəni irsinin və müxtəlif bölgələrinin yaponiyalı auditoriyaya tanıdılmasına yönəlmiş davamlı tərəfdaşlığa çevrilib.

Yaponiyanın "VIVANT" serialının ikinci mövsümünün istehsalı ilə bağlı "Tokyo Broadcasting System Television"la (TBS) əməkdaşlıq çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) televiziya layihəsinin ölkəmizin turizm potensialının tanıdılması üçün yaratdığı imkanlardan istifadə edir.

ATB-nin əməkdaşlığa töhfəsi çəkilişlər başlamazdan öncəki mərhələdə, istehsal qrupuna Azərbaycanda çəkiliş məkanlarının seçilməsində dəstək göstərilməsi ilə başlayıb. Əməkdaşlığın məqsədi yalnız ölkənin mənzərəli guşələrini ekran vasitəsilə nümayiş etdirmək deyil, həmçinin Azərbaycanı beynəlxalq auditoriyaya tanıtmaq olub.

"VIVANT" serialının rəsmi sosial media hesablarında Azərbaycanın çəkiliş məkanlarını əks etdirən 20-dən çox paylaşım yayımlanıb. Serialın rəsmi platformasında Azərbaycana həsr olunmuş xüsusi bölmə də yaradılıb. Bununla yanaşı, TBS-in televiziya proqramlarında, serialın aktyor heyəti ilə müsahibələrdə, media materiallarında Azərbaycan və ölkəmizdəki çəkiliş təcrübəsi haqqında məlumatlar təqdim olunub.

Serial vasitəsilə yaranan maraq turizm məhsullarında da öz əksini tapır. Yaponiyanın turizm şirkətlərindən biri serialın çəkiliş məkanlarını əhatə edən xüsusi Azərbaycan turları təklif edir. Bu turlar tamaşaçılara ekran vasitəsilə tanıdıqları məkanları şəxsən ziyarət etmək imkanı yaradır. Bundan əlavə, 2027-ci ilin mart ayında Yaponiyada ölkə üzrə satışa çıxarılması planlaşdırılan "VIVANT" rəsmi bələdçi kitabında Azərbaycana həsr olunmuş xüsusi bölmə yer alacaq.

Qeyd edək ki, Yaponiya vətəndaşları üçün tətbiq edilən vizasız rejim də Azərbaycana səfərləri asanlaşdırır. 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək Yaponiya vətəndaşları Azərbaycana üç dəfəyədək vizasız səfər edə və hər səfər zamanı 30 günədək ölkədə qala bilərlər. "VIVANT" serialının yaratdığı maraqla yanaşı, bu imkan yaponiyalı turistlərin Azərbaycanın mədəni irsi, və qonaqpərvərliyi ilə yaxından tanış olması üçün əlavə şərait yaradır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanın tanıdılması sosial platformalar ilə yanaşı, digər təşəbbüslərlə də davam etdirilir. Bu təşəbbüslərə Yaponiyanın "Koikeya" brendi ilə Azərbaycan mətbəxindən ilhamlanan məhsul üzrə əməkdaşlıq, eləcə də "VIVANT Immersive Mission" təcrübəsi çərçivəsində Azərbaycan narının dadının təqdim olunması daxildir. Serialın "Netflix" platformasında beynəlxalq auditoriyaya təqdim edilməsi isə Azərbaycanın Yaponiya ilə yanaşı, digər ölkələrdə də tanıdılması üçün əlavə imkan yaradacaq.

Əməkdaşlığın davamlı xarakteri noyabrın 11-də Yaponiyada keçirilən turizm tədbirləri çərçivəsində Tokioda təşkil olunan şam yeməyində də vurğulanıb. Tədbirdə "VIVANT" serialının prodüseri Kazutaka İida, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov və ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid iştirak ediblər. Görüş əməkdaşlığın nəticələrini qeyd etmək, onun gələcək inkişaf perspektivlərini və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb.

2025-ci ildə çəkiliş məkanlarının seçilməsi ilə başlayan əməkdaşlıq hazırda turizm marşrutları, mədəni təşəbbüslər və Yaponiya turizm sektoru ilə tərəfdaşlıq vasitəsilə davam etdirilir. Bu təşəbbüslər "VIVANT" serialının tamaşaçılarında Azərbaycanı ziyarət etmək marağının formalaşmasına və ölkəmizin Yaponiya bazarında tanıdılmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri