Icma.az
close
up
RU
Bakıda keçirilən tədbirdə insan inkişafının davamlılığının qorunmasında iqlim maliyyəsinin sosial müdafiə üçün önəmindən danışılıb AZƏRTAC

Bakıda keçirilən tədbirdə insan inkişafının davamlılığının qorunmasında iqlim maliyyəsinin sosial müdafiə üçün önəmindən danışılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 noyabr, AZƏRTAC

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 18-də Bakıda “İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı ilə keçən tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilər iştirak ediblər.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov insan inkişafının təmin edilməsi, həssas qruplara aid uşaqların və ailələrin sosial dəstək mexanizmləri ilə əhatə olunması sahəsində ölkəmizin təcrübəsini qeyd edib. O, pandemiya dövründə hazırlanaraq həyata keçirilən sosial müdafiə mexanizmlərini, görülən bu tədbirlərin müsbət nəticələrini vurğulayıb.

Nazir müavini ölkəmizdə sosial təminat sisteminin, sosial xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. Həssas əhali qruplarına yönələn sosial müdafiə sisteminin bundan sonra da inkişaf etdirilməsinin dövlətimizin siyasətində prioritet istiqamətlərdən olduğunu, bu istiqamətdə davamlı addımlar atıldığını söyləyib.

A.Kərimov həssas qruplarla bağlı sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi işlərində UNICEF-lə birgə layihələrin önəmini vurğulayıb.

Tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilərin çıxışları dinlənilib. İqlim fəaliyyəti zamanı sosial müdafiənin mühüm roluna, iqlim maliyyəsinin həssas qruplardan olan insanlar üçün dəstəkyönümlü olmasına, həmin insanların, ümumən insan inkişafının iqlim dəyişikliklərinin fəsadlarından qorunması mexanizmlərinin hazırlanması, onların sosial müdafiə ilə əhatə olunması məsələlərinə dair müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see158

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see143

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see130

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see119

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri