Elm və təhsil naziri mövcud tədris materiallarının yenilənməsinin önəmindən danışıb AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 dekabr, AZƏRTAC
Mövcud tədris materiallarının tədqiqi, onların müasir elmi və pedaqoji tələblərə uyğun yenilənməsi, həmçinin milli kontekstdə yeni baxışların daxil edilməsi çox önəmlidir.
AZƏRTAC xəbər verir ki,bunu “Azərbaycan məktəbi" jurnalının 100 illiyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, azərbaycanlı müəlliflər tərəfindən yazılmış, yerli kontekstə uyğun olan tədris və tədqiqat əsərlərinin hazırlanması, eləcə də mövcud problemlərin praktik həlli yollarını təklif edən elmi işlərin artırılması vacibdir: “Bu məsələlər üzrə müasir elmi yanaşmaları və milli dəyərləri birləşdirən kompleks yanaşmalar tətbiq edilsə, həm təhsil keyfiyyəti yüksələcək, həm də milli məkanın ehtiyaclarına cavab verən yeni tədris modelləri formalaşacaq. Bunun üçün həm dövlət, həm də müstəqil elmi qurumlar arasında əməkdaşlıq gücləndirilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















