Icma.az
close
up
RU
Bakıda “Keçmişdən gələcəyə ənənəvi izlər” adlı sərgi açılıb

Bakıda “Keçmişdən gələcəyə ənənəvi izlər” adlı sərgi açılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Türkiyənin ölkəmizdəki səfirinin xanımı Zühre Akgünün də iştirak etdiyi "Təzhib–Miniatür" kursunun yekununda ərsəyə gələn əsərləri bir araya gətirib.

Sərginin açılışından əvvəl çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün bildirib ki, incəsənət xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynayır. O qeyd edib ki, belə sərgilər həm ortaq mədəni dəyərlərin tanıdılmasına, həm də sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.

“Bizim estetik yanaşmamızda incəlik və zəriflik daha çox miniatürlərdə, əlyazma kitabların bədii tərtibatında öz əksini tapır. Klassik əsərlərin orijinal nüsxələrinə nəzər saldıqda görürük ki, şeirin sadəliyi və gözəlliyi ilə yanaşı, onun ətrafındakı bəzəklər, ornamentlər də xüsusi ustalıqla işlənmişdir. Bu gün sənətkarlarımızın yaratdığı əsərlər də məhz o tarixi incəliyin süzgəcindən keçərək müasir dövrdə yenidən canlandırılmasıdır. Bu baxımdan bütün müəlliflərə və zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə səfir qeyd edib.

Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan bildirib ki, sərginin üç gün ərzində Beynəlxalq Muğam Mərkəzində təşkil olunması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və mədəni bağların daha da möhkəmlənməsinə, mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verəcək.

O bildirib ki, bu cür tədbirlər gələcəkdə də davamlı olacaq və ortaq mədəni dəyərlərimizin inkişafına xidmət edəcək.

Sərginin kuratoru və kursların rəhbəri Zühal Alodal bildirib ki, miniatür sənəti əsasən əlyazma kitabların bəzədilməsi, mətnin vizuallaşdırılması və təsvir olunan hekayənin daha dolğun çatdırılması məqsədilə özünəməxsus texnikalarla icra edilən ənənəvi sənət növüdür. Bu sənətin kökləri qədim dövrlərə qədər uzanır və zərifliklə estetik düşüncənin vəhdəti kimi kağız üzərində əksini tapır.

O qeyd edib ki, bu baxış və prinsiplər əsasında xanımlarla birlikdə böyük səbir və əzmlə çalışaraq 27-si müxtəlif texnikada, 9-u isə miniatür olmaqla ümumilikdə 37 əsərdən ibarət sərgi ərsəyə gətirilib.

Türkiyənin ölkəmizdəki səfirinin xanımı Zühre Akgün bildirib ki, bu sərgi ənənəvi sənət üslublarını qoruyaraq onları müasir baxış və yeni vizyonla yenidən təqdim edən sənətkarların böyük zəhmətinin nəticəsidir. Onun sözlərinə görə, sənətkarlar keçmişin estetik dəyərlərini bu günə daşıyaraq həm cəmiyyətin mənəvi zənginliyinə, həm də mədəni inkişafına töhfə verirlər. O vurğulayıb ki, bu kimi layihələr Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda mədəni və bədii sahədə də dərin və güclü bağlara malik olduğunu göstərir.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva isə qeyd edib ki, bu sərgi Türk dünyasının və İslam mədəniyyətinin ortaq dəyərlərini əks etdirən mühüm platformadır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyədən olan sənətçilərin bir araya gələrək bu əsərləri təqdim etməsi mədəni birliyin və ortaq dəyərlərin yaşadılmasının ən gözəl nümunəsidir. O əlavə edib ki, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər kəsin borcudur.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu təşəbbüsə göstərilən dəstək olduqca dəyərlidir. O vurğulayıb ki, bu cür layihələr milli və mədəni dəyərlərin qorunmasına və daha da zənginləşdirilməsinə xidmət edir. Onun fikrincə, bu prosesdə yaranan təsirlər bir daha sübut edir ki, sənət insanları birləşdirən və duyğuları ifadə edən güclü vasitədir.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov bildirib ki, bu cür sərgilər milli təsviri sənətimizin zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xalq rəssamı vurğulayıb ki, gənc sənətkarların bu istiqamətdə fəaliyyət göstərməsi və belə sərgilərdə iştirak etməsi sevindirici haldır. Onun sözlərinə görə, sənətin davamlılığı məhz bu cür təşəbbüslər və yaradıcı mühit sayəsində təmin olunur.

Sonra qonaqlar “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi ilə tanış olublar.

Kurs iştirakçılarının bilik və bacarıqların nümayiş etdirildiyi bu sərgi, keçmişdən günümüzə uzanan zəngin sənət irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Orxan Kərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri