Icma.az
close
up
RU
Bakıda Kiprin yaranmasının 41ci ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

Bakıda Kiprin yaranmasının 41ci ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Türkiyənin Azərbaycandakı Səfirliyinin və ölkəmizdəki diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganer Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 41-ci ildönümünü Azərbaycanda qeyd etməkdən qürur duyduğunu bildirib.

O, Şimali Kiprin müstəqillik mübarizəsindən bəhs edərək, Mustafa Kamal Atatürkün bu yolda Şimali Kipr xalqına böyük dəstəyinin unudulmadığını qryd edib:

“Şimali Kipr Türk Cümhuriyyəti daim bölgədə sülhün tərəfdarı olub, lakin Cənubi Kiprin qeyri-konstruktiv mövqeyi buna imkan verib. Onu da bildirmək istəyirəm ki, Cənubi Kiprin Avropa İttifaqına üzv olmasını biz ədalətsiz qərar hesab edirik. Biz Azərbaycanın Qarabağda qazandığı qələbəsini yüksək qiymətləndiririk. Onu da bildirmək istəyirəm ki, bu il Azərbaycanın Milli Məclisi ilə Şimali Kiprin Parlamenti arasında dostluq qrupunun yaradılması ölkəmizə və xalqımıza verilən dəstəyin ən güclü nümunəsidir. Bu müddət ərzində dəfələrlə qarşılıqlı səfərlər gerçəkləşdirilib. Bu səfərlər çərçivəsində əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün önəmli addımlar atılıb. Bizim dövlətimizin və xalqımızın təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynadığına görə Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinə minnətdarlığımızı bildirirəm”.

Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycanın Şimali Kipr ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun təşviqində mühüm rol oynadığını qeyd edib:

“1983-cü il Kipr türklərinin tarixində mühüm dönüş nöqtəsi olub. O vaxtkı çətinliklərə baxmayaraq Şimali Kipr dövləti və xalqı mövcudluğunu qorumağı bacarıb. Milli Məclis və bütövlükdə Azərbaycan xalqı adından Şimali Kipr Türk Cümhuriyyətinin Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Müstəqilliyin elan edilməsindən ötən 41 il ərzində Şimali Kipr üzləşdiyi siyasi və iqtisadi çətinliklərə mətinliklə tab gətirir. Son referendumdan sonra Şimali Kipr Türkləri dünya ictimaiyyətinin qərəzli yanaşması ilə üzləşib. Azərbaycan Şimali Kipr ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun təşviqində mühüm rol oynayır. Bu ilin 5 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi ilə Şimali Kiprin Parlamenti arasında əlaqələrə start verilib. Bu müddətdə qanunverici orqanlar səviyyəsində səfərlər gerçəkləşdirilib. Biz ümid edirik ki, mövcud əlaqələrimiz daha da genişləndiriləcək. Parlamentlərarası Dostluq Qrupumuz bu istiqamətdə səylə çalışacaq”.

Tədbirdə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə inam ifadə olunub. (APA)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri