Bakıda kişi arvadını dişlədi 1 il 8 ay həbsdə yatacaq
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.
Müəyyən edilib ki, İsa əvvəllər ailəli olub və boşanıb. O, bir müddət əvvəl Nəzrin (şərti) adlı xanımla tanış olub və 2 ildir birgə ailə kimi yaşamağa başlayıb. Lakin sonradan onların münasibətləri pozulub.
Nəzrinin ona pul verməməsi, həmçinin icazəsiz iş yoldaşının ad gününə getməsi və digər səbəblərdən İsa onu döyərək və dişləyərək xəsarətlər yetirib. Sonuncu dava zamanı İsa Nəzrini tava ilə döyərək ardıcıl zərbələr endirib.
Nəticədə, gənc qadın bədəninin müxtəlif nahiyələrinin qançırları, qansızmaları, sınıqları, sıyrıqları kimi çoxsaylı xəsarətlər alıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib. (Qafqazinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 05 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















