Bakıda kişi diş həkimi üstündə arvadını bıçaqladı
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Bakıda kişi arvadını ayağından bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Lütfizadə küçəsində qeydə alınıb.
32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayaq pəncəsinə xəsarət yetirib.
Fakt əsasında Tahir polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs mübahisəyə səbəb diş həkimi tapılmasıdır. Belə ki, arvadı Gülxanım (şərti adla) hər ikisinin dişlərinin düzəlməsi üçün 800 manata həkim tapdığını deyib. Tahir isə buna etiraz edib və 600 manata həkim olduğunu bildirib. Lakin Gülxanım ərinə deyib ki, onun işinə qarışmasın. Qadının bu cür danışığı Tahirin xoşuna gəlməyib və o, sillə ilə Gülxanımın üzünə zərbə vurub. Bundan sonra arvadı onu söyüb və o, mətbəxə keçərək bıçaq gətirib. Mübahisə zamanı Tahir həmin bıçağı arvadının sağ ayağına vurub. Onun sözlərinə görə, Gülxanıma ilk tibbi yardımı özü göstərib.
Zərərçəkən qadın isə 9 ildir qeyri-rəsmi evli olduqlarını və bu evlilikdən 2 uşaqlarının olmasını bildirib. Onun sözlərinə görə, Tahir daim ona işgəncə və psixi iztirab verib. Qadın evə yeganə qazanc gətirən şəxsin özü olduğunu, Tahirin isə həmin pulları qumara sərf etdiyini deyib. O, həmçinin Tahirin Yeni il gecəsi evdən pul oğurladığını və buna görə polis vasitəsilə onun mənzildən uzaqlaşdırıldığını da bildirib. Lakin sonra yenidən ondan pul tələb edib, verməyəndə isə bıçaqla hədələyib.
Gülxanım Tahirlə barışdığını və ona dəyən ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Tahir Quliyev məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Oktyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















