Bakıda kişi yemək bişirməyən arvadını döydü
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda kişi yemək bişirməyən arvadını döyüb.
Lent.az-ın xəbərinə görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binalardan birində qeydə alınıb.
İttiham aktına görə, "8-ci kilometr" bazarında meyvə-tərəvəz satıcısı işləyən 34 yaşlı Səməd Rzayev (ad və soyad şərtidir) yemək bişirmədiyi üçün arvadına irad bildirib. Bu zaman ər-arvad arasında mübahisə yaranıb. Hiddətlənən Səməd əl zərbələri ilə qadının başına dəfələrlə zərbə vuraraq, bir sıra xəsarətlər yetirib.
Bu əməlinə görə, Səməd Rzayev saxlanılıb və barəsində cinayət işi başlanıb.
Zərərçəkən şəxs ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Səməd Rzayev məsuliyyətdən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 İyun 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















