Icma.az
close
up
RU
Bakıda köhnə bina eyvanları ölüm saçır!.. FHN, icra hakimiyyətləri, Dövlətqaçqınkom təcili tədbirlər görməlidir!..

Bakıda köhnə bina eyvanları ölüm saçır!.. FHN, icra hakimiyyətləri, Dövlətqaçqınkom təcili tədbirlər görməlidir!..

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakıda, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir kimi iri şəhərlərdəki köhnə ümumi binalar sırasına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxana binaları da aiddir. Ötən illərdə yataqxana binalarının eyvanlarının da uçması halları baş verib...”

“Normativ sənədlərə əsasən ən azı ildə bir dəfə ümumi binalara vizual baxışlar həyata keçirilməlidir. Daha ətraflı texniki müayinələr isə 3-5 ildən bir baş tutmalıdır. Əgər binanın 30-dan çox yaşı varsa, təxirəsalınmaz formada baxışdan keçirilməlidir...”- Ekspert

Son vaxtlar ölkənin müxtəlif şəhər və bölgələrində, o cümlədən paytaxt Bakıdakı istismar müddəti bitmiş ümumi yaşayış binalarında çökmə, uçma halları artmaqdadır. Bu hallar həm hələ sovet dövründə, həm də müstəqillik illərində tikintilərə, onların mütəmadi müayinəsinə cavabdeh qurum və mütəxəssislərin səhlənkarlığı, eyni zamanda korrupsiya hallarıyla da bağlı ola bilər. Bu sırada köhnə binaların eyvanlarının da bütövlükdə, yaxud hissə-hissə uçması halları da baş verir. Həmin mənzillərdə yaşayan, eyni zamanda ərazidən keçə bilən insanların həyatı üçün ciddi təhlükə daşıyan belə hadisələr yağışlı havalarda daha da çoxalır. Bir neçə gün öncə Hövsanda binaların birində eyvan uçması nəticəsində bir vətəndaş yaralanıb. Bu gün isə Bakının lap mərkəzində - Səbayel rayonunda, Rəşid Behbudov küçəsində uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb...

Fotolar musavat.com-a məxsusdur...

Müşahidələr göstərir ki, zaman keçdikcə ölkə üzrə, o cümlədən Bakıda belə hallar çoxalacaq. Çünki əvvəla, bütün köhnə binaları qısa müddətdə uçurub yeniləri ilə əvəz etmək, yaxud hərtərəfli təmir etmək mümkün deyil. İkincisi də, baş verən hadisələrdən nəticə çıxarılmır, ümumi yaşayış binaları vaxtında müayinə olunmur. Üçüncüsü də həmin müayinələr əsasında və yaxud vətəndaş müraciətləri əsasında binalarda, o cümlədən eyvanlarda təmir və bərkitmə işləri aparılmır. Düzdü, ölkədə bəzi beynəlxalq tədbirlər keçiriləndə(məsələn, ötən il “COP-29” zamanı) paytaxtın ən mərkəzi prospekt və küçələrindəki binaların eyvanları kosmetik, yəni zahiri görüntü üçün təmir edilir, ancaq bu hallarda xüsusi bərkitmə işləri aparılmır... 

Tikinti təhlükəsizliyi üzrə ekspert Orxan Musayev Musavat.com-a açıqlamasında bildirib ki, köhnə binaların eyvan və fasadlarından beton və digər materialların qopması insanların həyat və sağlamlığına birbaşa təhdiddir: “Qopan beton hissələr o ərazidə yolda hərəkət edən piyadalara, avtomobillərə, obyektlərə ciddi ziyan vura bilər.”

Ekspert bu açıqlamanı yay ayında –iyulda verib. Göründüyü kimi, artıq payız aylarında deyilən olaylar baş verməkdədir. Ancaq müvafiq qurumlar tərəfindən lazımi tədbirlərin planlaşdırılması haqda heç bir məlumat yoxdur.

“Normativ sənədlərə əsasən ən azı ildə bir dəfə ümumi binalara vizual baxışlar həyata keçirilməlidir. Daha ətraflı texniki müayinələr isə 3-5 ildən bir baş tutmalıdır. Əgər binanın 30-dan çox yaşı varsa, təxirəsalınmaz formada baxışdan keçirilməlidir. Bu müayinələr müstəqil ekspert və ya müvafiq dövlət qurumlarının iştirakı ilə həyata keçirilməli, sənədləşdirilməli və kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır. İnsanlar hansı binada mövcud təhlükə riski varsa, bu barədə məlumatlı olmalıdırlar”, - bunu da O. Musayev bildirib.

Onu da qeyd etmək lazımdır ki, Bakıda, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir kimi iri şəhərlərdəki köhnə ümumi binalar sırasına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxana binaları da aiddir. Ötən illərdə yataqxana binalarının eyvanlarının da uçması halları baş verib.

Düzdü, əvvəlki illərdə Dövlətqaçqınkom Bakıda və Sumqayıtda yataqxanaların təmiri işlərini aparıb. Aldığımız məlumata görə, bu ilin avqustunda da eyni məqsədlə müəyyən məbləğdə pul ayrılıb və yaxın müddətdə təmir işləri həyata keçirilməlidir. Ümid edirik ki, həmin təmir işləri zamanı yataqxanaların eyvanlarında da bərkitmə işləri aparılacaq...

Yeri gəlmişkən, xatırladaq ki, oktyabr ayında Moderator.az redaksiyasına daxil olmuş müraciəti əsasında Bakı şəhəri Yasamal rayonu ərazisində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında 28 ildir məskunlaşmış məcburi köçkünlərdən birinin Fövqəladə Hallar Nazirliyi ilə bağlı şikayətini təqdim etmişdik(burada: ) . Vətəndaş müraciətində 10 aya yaxın müddətdə dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etməsinə baxmayaraq, vətəndaşın yaşadığı məkanda yaranmış və nəinki onun ailəsinin, yataaqxanadakı digər bir neçə ailənin, həmçinin hər dəqiqə binanın yaxınlığından keçə biləcək onlarla insanın, o cümlədən məktəb şagirdlərinin həyatına təhlükə yaradacaq fövqəladə halın aradan qaldırılması üçün heç bir tədbir görülmədiyini bildirmişdi...

Güman edirik ki, müvafiq qurumlar, xüsusilə də, Bakı, Sumqayıt, Gəncə və s. şəhər və rayon icra hakimiyyətləri, tikinti təhlükəsizliyinə cavabdeh qurumlar, Fövqəladə Hallar Nazirliyi və s. baş verən hadisələrdən və deyilənlərdən nəticə çıxaracaq və köhnə ümumi yaşayış binalarının, həmçinin yataqxanaların ölüm təhlükəsi saçan eyvanların təmiri üçün lazımi tədbirlər görəcəklər...

Mövzunu nəzarətdə saxlayacağıq...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri