Bakıda kollecə yeni direktor təyin edildi FOTO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyin edilən direktor Səbuhi Qurbanov kollektivə təqdim olunub.
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.
Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, fevralın 11-də S.Qurbanova direktorun səlahiyyətlərinin müvəqqəti icrası həvalə edilmişdi.
Baxış sayı:141
Bu xəbər 27 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















