Icma.az
close
up
RU
Bakıda “makler tələsi”nə düşənlər...

Bakıda “makler tələsi”nə düşənlər...

Icma.az bildirir, Sia Az portalına istinadən.

Son günlər sənədsiz evlərlə bağlı yaranan problemlər əslində neçə illərdir ki, bölgələrdən işləmək üçün Bakıya axın edən insanların rastlaşdıqları ən aktual məsələdir. Xüsusilə nəzərə alsaq ki, hazırda Bakının yarıdan çox hissəsində mülkiyyətin çıxarışı yoxdur, tam əksəriyət artıq heç bir hüququi qüvvəsi olmayan “bələdiyyə qiymətləndirməsi” kimi lazımsız kağız parçası ilə təsəlli tapır, o zaman vəziyyətin mürəkkəbliyi daha geniş aydın olur.

Düzdür, artıq bir sıra sənədiz evlərin sənədləşdirilməsi prosesinə başlanılıb, bu proses insanlarda ümid doğurur. Lakin bu prosesdə hansı sənədsiz evlər, hansı kriteriyalar əsas götürülür? – bax əsas məsələ budur. Dediyim kimi, tam əksəriyyət sənədsiz evlər “bələdiyyə qiymətləndirməsi”, ən yaxşı halda isə “texpasport” deyilən sənəddən ibarətdir. Lakin günün aktual məsələsi harda gəldi ev tikən, icazəsi, sənədi olmayan “makler evləri”nin insanlara uctantutma satılmasıdır. Harda gəldi tikirlər – o zaman qaçqınlar üçün nəzərdə tutulmuş yataqxana ərazilərində, təhlükəli cərəyan altında, strateji dövlət müəssisələrinin balansında olan ərazilərdə...
Bəs bu “makler” şəbəkəsinin günü günorta çağı Bakı və ətraf ərazilərdə ucaltdıqları, amma heç bir tikinti normasına uyğun gəlməyən, gec-tez sonda buldozerin ağzına veriləcək belə evlərin inşasına kimlər “göz yumurlar”, nəyin müqabilində?.
Bu gün acı da olsa reallıq odur ki, insanlar bölgələrdəki sosial problemlərdən cana doyublar və Bakıda daha çox qazanc yeri əldə etmək, “ağ günə” çıxmaq üçün paytaxta axın edirlər. Bu zaman ucuz evlərə hədsiz tələbat yaranır və fırıldaqçı əmlak vasitəçiləri heç bir sənədi olmayan, yalnız kommunal xətlərin olduğu kiçik evləri bazara çıxarırlar. Əlində cüzi vəsait olan insanlar da şirniklənib bu fırıldaqçı “maklerlərin” toruna düşürlər. Yuxarıda da qeyd etdiyim kimi, hazırda sənədsiz evlər problemi Bakı və Abşeron ərazisində getdikcə aktual sosial problem halını almaqdadır.
Bu məsələ olduqca təhlükəli sosial problemdir və dövlət qurumları bu məsələyə olduqca həssas yanaşmalıdırlar. Əlbəttdə, neft ərazilərində, dəmir yollarının qırağında tikilən gecə qonduları qanunsuzdur və qəbuledilməzdir. Lakin sual olunur ki, bu boyda evlər kimin icazəsi ilə tikilib? Bunlar tikiləndə icra hakimiyyətləri, müvafiq qurumlar harda “mürgüləyirdilər”? İndi bir çox ərazilərdə “makler”lər qanunsuz tikililər ucaldırlar. Bunlara kim icazə verir?
Gör vəziyyət nə həddə çatıb ki, su,qaz, işıq sayğacları olan evlər az qala çıxarış səviyyəsində qəbul edilir. İnsanlar anlamırlar ki, bu kommunal sayğaclar evin sənədləşməsi üçün heç bir əsas ya da təsir vasitəsi deyil. Həmin sayğaclar istənilən vaxt ləğv oluna bilər. O zaman yerdə acınacaqlı mənzərə yaranacaq: torpaqın sənəd yox, evin sənədi yox – sadəcə qanunsuz tikili, vəssalam!
Hamımıza gün kimi aydındır ki, bu gün qanuni həyət evinin hasarına bir cərgə artırmaq istəsən, yüz qurumdan tökülüb gələcəklər. Bəs bu “maklerlər”ə kim “yaşıl işıq” yandırıb ki, uctantutma evlər tikib əhalini tora salsınlar? Xüsusilə bu problem Bakının əksər rayonları və Xırdalan ərazisində daha qabarıq hiss olunur. Əlbəttdə, iş yeri tapmaq, Bakıda daha yaxşı sosial həyat qurmaq üçün isanlar paytaxta axışırlar, burası bəllidir. Bəs çarə nədir, sənədsiz evləri, gecəqonduların qarşısını necə almaq olar?.
Şəxsən mən düşünürəm ki, bölgələrdə formal deyil həqiqi, gerçək, hər bir kəndlinin maddi-sosial həyatına firavanlıq gətirəcək, kənd təsərrüfatını ayağa qaldıracaq olduqca mühüm dövlət proqramına ehtiyac var. Elə bir proqram ki, güclü işlək mexanizmi olsun, kəndlinin yaşayışına təsir etsin, əkib-becərdiyi məhsulun qazancına sevinsin. Kəndli əkib-becərdiyinə görə peşiman olmasın, zəhmətinin gerçək qazancını görsün. Yerlərdə icra məmurlarının, bürokratik əngəllərin yaxın dura bilməyəcəyi dövlət proqramı olduqca aktual və vacib məsələdir.
Mən bu qənaətdəyəm ki, bölgələrdə daimi və gəlirli iş yerləri açılmasa, kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər görülməsə, Bakıya axın davam edəcək və bu da o deməkdir ki, Bakıda sənədsiz, qanunsuz tikilələrin ard-arası kəsilməyəcək. Çarə problemin nəticələrini deyil, əsl SƏBƏBİNİ tapmaqdır. Nəticə səbəbdən doğduğu üçün...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri