Bakıda marşrut avtobusu belə aşdı Anbaan video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir.
“Qafqazinfo” xəbər verir ki, görüntüdəki ilk qəza oktyabrın 4-də paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib.
Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu cür halların ciddiliyini nəzərə almayan sürücülərə yollarda daha məsuliyyətli olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Qeyd edək ki, Lökbatan qəsəbəsində 194 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusun sürüşərək aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Baxış sayı:79
Bu xəbər 05 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















