Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
"Korrupsionerləri qanunsuz əldə etdikləri əmlakdan məhrum etməliyik”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Qətər Dövlətinin nümayəndəsi Hamad bin Nasser Al-Misnad Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışı zamanı bildirib.
O, korrupsiyaya qarşı mübarizədə qanunsuz əldə edilmiş aktivlərin müsadirəsinin əhəmiyyətini vurğulayıb:
"Cinayət hüququ vasitələrinin tətbiqi ilə yanaşı, qanunsuz aktivlərin müsadirəsi təcrübəsini də genişləndiririk. Bu məsələnin üzərində dayanmaq istərdim. Buraya təkcə cinayət əməllərinin birbaşa predmeti olan əmlak deyil, həm də həmin əmlakdan əldə edilən istənilən maddi fayda daxildir. Bu faydanı korrupsionerlərin özləri, onların qohumları, onlarla əlaqəli şəxslər, hətta varisləri əldə etmiş ola bilərlər.
Hesab edirəm ki, bu yanaşma cəzanın labüdlüyü və ədalət prinsiplərinə tam uyğundur. Beləliklə, biz korrupsiyanın iqtisadi baxımdan cəlbediciliyini aradan qaldırır və səmərəli qabaqlayıcı təsir formalaşdırırıq”.
"Bu gün korrupsionerlərin qanunsuz kapitallarını virtual məkanda gizlətməklə işimizi çətinləşdirmək üçün rəqəmsal mexanizmlərdən istifadə etdiklərini xüsusi vurğulamağa ehtiyac yoxdur. Lakin biz də informasiya texnologiyalarına sahibik və bu texnologiyalar, xüsusilə, maliyyə əməliyyatlarının böyük həcmdə məlumatlar əsasında təhlili üçün imkanlar yaradır”, - deyə Hamad bin Nasser Al-Misnad qeyd edib.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















