Bakıda mədəniyyət və hüquq məsələləri ilə bağlı panel müzakirə keçirilib FOTOLAR
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bakıda "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu"nda "Mədəniyyət və hüquq" adlı panel müzakirə keçirilib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, panel iştirakçıları mədəniyyət və hüquq anlayışlarının paralel inkişafı və bunun cəmiyyətə təsiri ətrafında fikir mübadiləsi aparıblar.
Kulturoloq, professor Fuad Məmmədov çıxışı zamanı bildirib ki, mədəniyyətin minə yaxın tərifi var.
"Mədəniyyət sosial sistem kimi yayılmalı və elə başa düşülməlidir", - o əlavə edib.
Kulturoloq bildirib ki, sivilizasiya mədəniyyət və anti-mədəniyyətdən ibarət məfhumdur:
"Mədəniyyət insan tərəfindən dərketmə prosesini özündə ehtiva etməli, maddi dəyər və normalar toplusu kimi qavranılmalıdır".
Akademik Nizami Cəfərov da öz növbəsində dil və mədəniyyət anlayışının, həmçinin hüququn paralelliyinə diqqət çəkib:
"Öz tarixinə, dilinə və mədəniyyətinə sahib çıxmayan xalqın inkişafı mümkünsüzdür. Bizdə milli dövlət anlayışı XVI əsrin əvvələrindən başlayıb və bu gün Azərbaycan xalqı həmin coğrafiyada yaşayır. Bu mənada, bizim tariximiz də məhz bu coğrafiyanı özündə ehtiva edir. Azərbaycan mədəni prosesi dedikdə Marağadan Dərbəndə qədər bütün regionun mədəni prosesi nəzərdə tutulmalıdır".
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nigar Axundova isə qlobal çağırışlar fonunda mədəni mühitin müsbət və mənfi təsirlərə məruz qalması reallığından bəhs edib.
Deputat Erkin Qədirli Azərbaycanın həm türk, həm İslam, həm post-sovet məkanındakı yüksək mövqeyinə diqqət çəkərək bu mənada mədəni anlayışın şaxələnə bilməsi ehtimalını qeyd edib:
"Azərbaycan əsrlər boyu gəlmiş-keçmiş imperiyalardan və onların mədəniyətlərindən özünə lazım olan xeyirli tərəfləri seçib, onlardan nəticələr çıxarıb".
Çıxışların ardınca panel iştirakçıları mədəniyyətə milli və qlobal baxış, eləcə də Azərbaycan dili və digər mədəniyyət dəyərləri ətrafında müzakirələr aparıblar.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 10 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















