Gecə saatlarında sürət yarışları keçirilən yol Nə radar var, nə kamera FOTOLAR
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə avtonəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi yerli sakinlərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı sakinlər Oxu.az-a müraciət ediblər.
Sakinlərin sözlərinə görə, xüsusilə gecə saatlarında bəzi sürücülər bu yolda hətta sürət yarışları keçirirlər.
"Yolun bu hissəsində radar və kameralar olmadığı üçün sürət həddinin hətta 40 -50 km/saat olduğu yerlərdə də avtomobillər 120 km/saatdan artıq sürətlə hərəkət edirlər. Təxminən iki kilometr aralıda radar var, onu keçən kimi sürəti artırırlar. Ərazinin yaşayış zonası olmasını, yaxınlıqda uşaq bağçası və evlərin yerləşməsini də nəzərə alan yoxdur. Gecə saatlarında isə bu yolda sürət yarışları keçirənlər də tapılır. Bundan əlavə, yol üzərində bəzi kanalizasiya lüklərinin dərin və nasaz vəziyyətdə olması da yüksək sürətlə hərəkət edən avtomobillər üçün qəza təhlükəsi yaradır. Ərazidə dəfələrlə ağır qəzalar baş verib", - deyə şikayətdə bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında bildirib ki, qeyd olunan ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yol Patrul Xidməti (YPX) əməkdaşları fasiləsiz xidmət aparırlar.
"Sakinləri narahat edən hallarla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Həmin əraziyə radar sisteminin quraşdırılıb-quraşdırılmayacağı araşdırmanın nəticəsinə əsasən məlum olacaq. Hazırda sakinlərin narahatlığına səbəb olan hallar nəzarətə götürülməklə diqqətdə saxlanılır. Əlavə naryad qrupları xidmətə cəlb olunub", - deyə C. Qənbərli vurğulayıb.
Sözügedən ərazidə kanalizasiya lüklərinin dərində olması məsələsinə gəlincə, Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, problem varsa, aradan qaldırılacaq:
"Son günlər yağan yağıntılardan sonra müəyyən ərazilərdə çuxurların əmələ gəlməsi və kiçik çökmələrlə bağlı orta təmir işləri aparılır. Sözügedən əraziyə də əməkdaşlarımız tərəfindən baxış keçiriləcək. Hər hansı problem varsa, aradan qaldırılacaq".
Oxunub 0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 24 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















