Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ VİDEO
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
İddia olunub ki, 259 nömrəli tam orta ümumtəhsil məktəbinin "3ç" sinfinin valideyn komitəsinin sədri valideynlər qrupuna bank kartının nömrəsini göndərərək onlardan 30 manat pul yığılmasını istəyib.
259 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, məktəbin "3ç" sinfinin valideynləri tərəfindən vəsait toplanması ilə bağlı sosial şəbəkədə yayılan səs yazısı araşdırılıb.
"Araşdırma zamanı valideynlərlə müvafiq söhbət aparılıb. Araşdırma zəminində valideynlərin təşəbbüsü ilə vəsait toplanması faktı aşkarlanıb. Bununla bağlı sinif rəhbərinə də xəbərdarlıq olunub. Bu kimi təşəbbüslərin yolverilməz olduğu valideynlərin diqqətinə bir daha çatdırılıb. Həmçinin məktəbdaxili intizam qaydalarına riayət olunmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 24 Sentyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















