Icma.az
close
up
RU
Bakıda məktəblərdə böhran: Siniflərdə şagird sayı 45 ə çatdı

Bakıda məktəblərdə böhran: Siniflərdə şagird sayı 45 ə çatdı

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Təhsillə əlaqəsi olan hər bir şəxs bilir ki, siniflərdə şagird sayı və təhsilin keyfiyyəti tərs mütənasibdir. Sirr deyil ki, ölkəmizdə əhali regionlar üzrə qeyri-bərabər paylanıb. Ölkədə uzun müddət mənfi demoqrafik proseslər gedib. Əhalinin əksər hissəsi Bakıda cəmləşib. Regionlarda əhali az olduğu üçün rayon məktəblərində şagird sayı azdır. Digər tərəfdən isə paytaxt məktəblərində şagird sayı normadan çoxdur. Yaranmış demoqrafik problemlər, təhsilə mənfi təsir edib".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib. O bildirib ki, Bakıda məktəblərin sayı, şəbəkələnməsi, bu şəhərdə yaşayan 2 milyon əhali üçün nəzərdə tutulub:

"Ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə proqram həyata keçirilib. Təəssüf ki, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğu problemləri səmərəli həll edilməyib. Bu səbəblərdən region əhalisinin iş dalınca paytaxta miqrasiyası baş verib. Sezar pizza

Nəticədə paytaxt məktəblərində tədricən şagird sıxlığı yarandı. Məktəblərdə şagird sıxlığının yaranması nəticədir, səbəb isə kompleks xarakterli problemlərdir. Bakıda məktəblərin sayı, şəbəkələnməsi, bu şəhərdə yaşayan 2 milyon əhali üçün nəzərdə tutulub. İndi isə əhali sayı xeyli artıb. Bu durum məktəblərdə şagird sıxlığına səbəb olur.

Problem budur ki, son 20 il ərzində Bakı sanki, plansız şəkildə tikildi. Yeni baş plan təsdiq olunsa da, deyəsən ona baxan yoxdur. Bakı məktəblərində şagird sıxlığının qarşısını almaq üçün, şəhərdə yeni məktəblər tikilməlidir. Amma yeni məktəblərin tikilməsinə şəhərdə boş ərazi də yoxdur. Məktəbin idman, akt zalı, həyətyanı sahəsi olmalıdır, yəni bu məqsədlə xeyli torpaq sahəsi lazımdır. Bizdə isə əks proses gedib, fəaliyyət göstərən bəzi məktəblərin həyətyanı sahəsini hansısa yollarla, kimlərsə ələ keçirib yaşayış binaları tikiblər".  

Ekspert vurğulayıb ki, son illər süni intellektin inkişafı ilə bu təhsil texnologiyasının imkanlarını və keyfiyyətini xeyli artırıb:

"Təhsil tək binadan ibarət deyil. Bu gün dünyada texnologiyanın, süni intellektin inkişafı rəqəmsal təhsili distant təhsili aktuallaşdırıb. Dünyanın əksər sivil ölkələri 20 ilə yaxındır ki, distant təhsildən geniş istifadə edir. Son illər süni intellektin inkişafı ilə bu təhsil texnologiyasının imkanlarını və keyfiyyətini xeyli artırıb. Bir dəfə təhsil naziri Emin Əmrullayev demişdi ki, "Sinqapurda 1 sinifdə 40-45 nəfər şagird var, amma təhsilləri keyfiyyətlidir, deməli sinifdə uşaqların çoxluğu keyfiyyətə mənfi təsir etmir".

Biz o vaxt nazirin bu fikrinə münasibət bildirmişdik. Əvvəla Sinqapur təhsilinə qoyulan investisiya, idarəetmədəki peşəkarlıq, şəffaflıq, tədris-metodik təminat, müəllimlərin və şagirdlərin motivasiyası bizdə yoxdur. Uşaqlar müstəqil öyrənməyi bacarmalıdırlar. Bu gün biliyin mənbəyi kitab və müəllim deyil, bilik mənbəyi artıq internet və elektron resurslardır. Bir çox ölkələr distant təhsildən səmərəli istifadə edirlər. Biz də nəhayət ki, distant təhsildən düzgün faydalanmalıyıq. Bu halda sinifdəki sıxlıq keyfiyyətə az təsir edər. Biz distant təhsilin zəruriliyini 25 ildə təhsil məmurlarına izah edə bilmədik. İndi elə bir vəziyyətə gəlib çıxmışıq ki, bizdə nə normal distant təhsil sistemi, nə rəqəmsal təhsil, nə də normal məktəb şəbəkəsi var. Ən pisi isə budur ki, bu gün təhsili idarə edən məmurlar bu problemləri nə obyektiv qiymətləndirə, nə də düzgün həll yollarını tapa bilirlər".

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayında azalma müşahidə olunur. Son statistikaya əsasən, son 3 ildə 226 məktəb bağlanıb. Rəsmi açıqlamaya görə, hazırda ölkədə 4194 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 4422 idi. Bu isə o deməkdir ki, son 3 il ərzində məktəblərin sayı 226 ədəd azalıb.

Lakin buna tam tərs mütənasib formada paytaxt məktəblərində intensiv şagird sıxlığı müşahidə olunmaqdadır. Xüsusilə şəhərin mərkəzi ərazilərində və yeni salınmış yaşayış massivlərində bəzi məktəblərdə siniflərdəki şagird sayı normativləri xeyli üstələyir. Qanunvericiliyə görə siniflərdə şagird sayının 20-25 nəfər olması ideal sayılsa da, paytaxtın bir çox məktəblərində bu rəqəm 40-45 nəfərə çatır.

Nazim Hacıyev 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri