Bakıda məktəblinin qətlində ŞOK DETAL VİDEO
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, paytaxtın Nizami rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.
Məlumata görə, əslində tərəflər arasında mübahisə sentyabrın 24-də baş verib. Davadan sonra hər iki şagird məktəbin direktor müavininin otağına aparılıb. Bildirilir ki, bu zaman onlardan biri stolun üstündən qayçını götürərək sinif yoldaşına hücum edib, lakin ətrafdakıların köməyi ilə hücumun qarşısı alınıb.
Hadisə övladı və ya nəvəsi həmin məktəbdə oxuyan şəxsləri də ciddi narahat edir:
"Biz nə edək, dünəndən narahatam, mənim nəvələrim də bu məktəbdə oxuyurlar. Hara baxır bu müəllimlər ki, şagirdlər bir-birini bıçaqlayırlar. Keçən il də burada bıçaqlanma olmuşdu".
Övladı sözügedən məktəbdə oxuyan digər valideyn isə bildirib ki, məktəbdə nəzarət mexanizmi yoxdur:
"Uşağın üstünə-başına baxmalıdırlar, uşaqda bıçaq nə gəzir? Yalandan dərs keçməklə deyil ki. Gərək içəri girib nəzarət edən müəllim olsun".
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Oktyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















